Bax, gözlərim, doyunca,Göylərə bax, göylərə!Boylan ömrün boyunca,Göylərə bax, göylərə!

Günəşdən qızıl tacı,Buluddan qara saçı,Göysüz yaşamaq acı,Göylərə bax, göylərə!

Gecə doğar Ayımız,Gələr işıq payımız.Ən uca sarayımız,Göylərə bax, göylərə!

Göydə ulduz topası,Nuru qəlbə hopası.Nur heykəli yapası,Göylərə bax, göylərə!

Özünü öyən deyil,Döşünə döyən deyil,Daş atsan, dəyən deyil,Göylərə bax, göylərə!

Ucalanın baxtı var,Ucalmağın vaxtı var.Ucalıqdan taxtı var,Göylərə bax, göylərə!

Ululardan uludu,Qəlbi sirlə doludu.Bu yol tanrı yoludu,Göylərə bax, göylərə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets