Kəsilər
Bu meydan qanlı meydandı,Hey burda başlar kəsilər.Nə ürəkdən dərd azalar,Nə gözdən yaşlar kəsilər.
Üstümüzə qonmaq üçün,Şaxtalarda donmaq üçün.Başdaşını yonmaq üçünDoğranar, daşlar kəsilər.
Qisməti qar, qrov bizik,Əsir bizik, girov bizik,Hər ovçuya bir ov bizik,Bələnlər, qaşlar kəsilər.
2002, 21 iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-kesiler
Use ← → keys to move, R for a random poem
More by this author
Pərvərdigaral Artıq sümüyüm sustalmış, saçlarımağappaq ağarmışdır. Sənə ümid etməklə heç vaxt naümid
O, baqidi, biz faniyikPeyğəmbər MəhəmmədFateh Məhəmməd
Qiyamət” Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır” O gün (ey insan1) duracaq (pənah aparılacaq)
“Allahu-Əkbər!”Ucaldım Allaha,endim insana,
Poems by other poets
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,