Eşqin ölümü
Eşqin öldüyünü gördüm,Bir gülün saralmağında.Eşqin öldüyünü gördüm,Bir qəlbin qırılmağında.Eşqin öldüyünü gördüm.İşığını itirən gözdə,Ürəkdən yox, boğazdan gələn,Adamı üşüdən sözdə.Eşqin öldüyünü gördüm,Göyərmiş dildə,Qurumuş dodaqlarda,Külü göyə sovrulan,Sahibsiz qalmış ocaqda.Eşqin öldüyünü gördüm,Çiyinlərdə gedən tabutda,Zənguləsi qırılan səsdə,Qulağı batıran sükutda.Nə qədər ölən-itən gördüm,Səpdiyi toxumlar cücərməmişÖmrü yarıda bitən gördüm,Yaralanmış torpaq gördüm,Ruhu sınmış Vətən gördüm,Hamısı eşq ölümüdü.Nəyini deyim bu eşqin, nəyiniAllah heç kəsə göstərməsinEşqin, sevginin,ümidin, inamın ölməyini!
2002, 29 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-esqin-olumu
Use ← → keys to move, R for a random poem
More by this author
Bu adın işığındanŞəmsim tutub gəlirdi,
Təbrizli Şəms KonyadaGirdi şəhər qapısından,göz sevindi gördüyünə,
GörüşŞəms qəlbində bəslədiyi ən böyük arzuya çataçatda idi.Artıq Konyada idi. Yola-izə, daşa-divara, məscidə-məd-
Şəmsin ürək sözləriNahaq yerə uzaq yollar yormadım,Nahaq yerə səni sudan, havadan,
Poems by other poets · Love
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
GörmənəmEy ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Ondan öldürBaşına döndüyüm, xanlarm xanı,Könlümün mətləbin bil, ondan öldür!