Şəms qəlbində bəslədiyi ən böyük arzuya çataçatda idi.Artıq Konyada idi. Yola-izə, daşa-divara, məscidə-məd-rəsəyə hara baxırdısa, hamısında Mövlananı axtarırdı.Müxtəlif dillərdən və müxtəlif dinlərdən olan insan-ların yerişində, duruşunda, baxışında, söhbətində, pıçıl-tılarında, söhbətlərində Mövlanadan soraq gəzirdi. Artıqgördüyündən, bildiyindən, eşitdiyindən, müşahidələrin-dən ona məlum olmuşdu ki, bu şəhərdə hamı bir nəfərlənəfəs alır. Onun adı Mövlana Cəlaləddin Rumidir.

Şəms uzaqdan tanıdıhəzrəti Mövlananı,Elə bil ki, min ildiona bağlıymış canı.Bir ağ göyərçin kimiuçuşundan tanıdı,Altındakı ağ atınqaçışından tanıdı.

Mövlana boylanandaizdihamın içinə,Bir kənarda dayanan,Qara paltar geyinmişuca bir kişi gördü,Gördü, bildi, tanıdı,qərib dərvişi gördü.Onun sərraf gözləritanıdı öz Şəmsini,Yuxuda gördüyünüindi həyatda gördü.Sevincindən özünüTorpağın üstündə yox,yeddinci qatda gördü.Atdan endi quş kimi,Şəmsə sarı yeridi,Saçından dırnağınaona vurulmuş kimi.Ona sarı yeriyiböpdü Şəmsin əlini,Mövlana belə tapdı,Şəms adlı günəşini,Şəms adlı məşəlini.Çaşıb qaldı izdiham,Bu dərviş kimdir görən,Alimlərin sultanıöpür onun əlini,Əyən hansı səbəbdi,Bir dərvişin önündəucalıq heykəlini?Ruh ilə ruh görüşdü,can ilə can görüşdü,Bir cahanın içinəiki cahan görüşdü.

İlahi duyğuların,Müqəddəs duyğusundaqaynadılar, daşdılar,Qardaş kimi birləşib,dosttək qucaqlaşdılar.İzdiham nə biləydibu görüş nə görüşdü,Birdən-birə MövlanaDərvişi görən kiminiyə bu hala düşdü?

Kök hardan güc alır, ruh kimdən gəlir,Cəddini axtarır, hər kəs cəddini.Uzaqdan-uzağa ətrini duyub,Şəmsim tanımışdı Cəlaləddini.

Ruh verdi bədənə, can qatdı cana,İki dağ bir eşqə əydi qəddini.Dağ dağa qovuşdu, insan insana,Şəmsim tanıyanda Cəlaləddini.

Bu görüş əbədi tarixə döndü,Böyük bir həsrətin yıxdı səddini.Ay Günəşi gördü, Günəş dünyanı,Şəmsim tanıyanda Cəlaləddini.

Nə vaxt sevinir insan,harda gülür taleyi?Özünü eşq adlanandadda, tamda tapanda.Böyük həqiqətlərətapşırıb öz canını,Pərvanə sevgisiniyanan şamda tapanda.

Gecələr həmsöhbətiulduz olur, ay olur,Gündüzlər məhəbbətikönüllərə pay olur.İnsan qalxıb, ucalıbmələklərə tay olur,Ruhunu Tanrıdakıehtişamda tapanda.

Üz-üzə dayanandaüzləri xoşbəxt olur,Bir-birinə baxandagözləri xoşbəxt olur.İki əl qanadlanıbbir-birini sıxanda,Salam alıb verəndəsözləri xoşbəxt olur,Sevib sevilənlərin.

Könül adlı taxtı var,sevgi adlı şahı var,Harda səcdəyə gəlsə,orda səcdəgahı var.Harda olursa olsunüstündə Allahı var,Sevib sevilənlərin.

Qəlb evində Məkkəsi,Kəbəsi var, Hacı var,Başında şahlıq quşu,İman adlı tacı var.Dərdi dağa dönsə dəeşq adlı əlacı var,Sevib sevilənlərin.

Ruh qohumu ruhumuzdanmayalanmış bir qüdrətdi,Çağırdı Şəmsi Mövlana,buyur dedi, gəl bəri gəl.Tök yağını çırağıma,düşmə mənim fərağıma,Gəl ey qəlbimin qanadı,gəl ey ruhumun pəri, gəl.

Uçan sənsən, uçur məni,dönən sənsən, döndər məni,Bildiyinə, sevdiyinə,gördüyünə göndər məni.Şəms eşqinə uçan mənəm,mələk kimi en, dər məni,Öz ruhunda ərit məni,mənim ruhumda əri, gəl.

Axsın qanım, yansın canım,məni eşqə bir qul tanı,Özgələrdən heç soruşma,məni özündə bil, tanı.Gəl ey ruhlar sərkərdəsi,gəl ey könüllər sultanı,Ərlikdə bir ərənlik var,gəl bu dərgahın əri, gəl.

Varlığına İlahininzərrələri hopan kişi,Gur bir işıq dalğasıtəkal Günəşdən qopan kişi.Uzaq-uzaq yollar yorub,gəlib məni tapan kişi,Gəl başımın ucalığı,gəl, sözümün ləngəri, gəl.

Yorub qərib yolçuuzaq yolları,Xorasandan keçib,Təbrizdən gəlib.Sözü apaydındıAy-ulduz kimi,Suyu dumdurudukəhrizdən gəlib.

Nə özünü incit,nə ruhunu əz,Könlü olanlarıkönüllərdə gəz.Deməklə söhbəti,sözü tükənməz,Yükü eşq adlanandənizdən gəlib.

Doğmalar doğmadıuzağa düşməz,Sevən sevdiyindənirağa düşməz.Meyvə öz kökündənqırağa düşməz,Bizimdi, bizdəndi,o, bizdən gəlib.

Ağlı, idrakı, təfəkkürü ilə bütün Şərqi heyrətə salanMövlana kimi bir kişinin dilindən çıxan vəcdlə deyilmişbu dəvətdən sonra coşmamaq, havalanmamaq, gör məni,bil məni, tanı məni deyən bir ərəni görməmək, bilmə-mək, tanımamaq olardımı. Şəms gəldi görmək üçün,gördü bilmək üçün, bildi tanımaq üçün. Mövlanaya qəl-binin sirlərini açmaqdan ötrü əlinə taleyin çoxdan göz-lədiyi fürsət düşmüşdü. Açdı ürəyinin qapılarını, könülkitabını Mövlana üçün varaqlamağa başladı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets