Mən kəndə gəlmişəm
Mən kəndə gəlmişəm, elimin yenəXeyrinə-şərinə yarayım deyə.Çoxdan görmədiyim dostu-tanışıBir-bir yada salım, arayım deyə.Səsləyim tarlada qızı, gəlini,Tutsun o yerləri harayım deyə.Mənim bu yerimdə, bu həvəsimdəİlham da durmasın, köməyə gəlsin.Olmasın əliboş, başıaşağı,Söz desin zəhmətə, əməyə, gəlsin.Necə ki, tükənən deyil arzular,Necə ki, axdıqca tükənmir sular,O elə çağlasın, o elə gəlsinNəğməsi bu eldən o elə gəlsin.Mən kəndə gəlmişəm, unudularmıAdı müqəddəsdir çörəyin, duzun.Gəlmişəm görüşüm, könlünü alımBir qəlbi sınığın, bir oğulsuzun.Mən kəndə gəlmişəm, yuvamdır bura,Qartalın qədrini ucalar bilər.Ocaqda vələsmi, palıdmı yanırTüstülü, dumanlı bacalar bilər.Bu kəndin bu günü göz qabağında,Dünəni, keçmişi qocalar bilər.Sabahın qocası biz olmalıyıq,Sabahın cavanı gözləyir bizi,Zirək tərpənməli, tez olmalıyıq.Hərə bir gələcək yaratmalıdır,Nəğməyə dönməli, söz olmalıyıq.Bir dənlə bir zəmi yaradır həyat,Hər qarış torpağa göz olmalıyıq.1971, 27 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-men-kende-gelmisem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Sureyi-vəş-şəmsdür rüxsari-zibası anunSureyi-vəş-şəmsdür rüxsari-zibası anun,Leylətül-me’rac iki zülfi-mütərrası anun.
Ah-ah, ey çərxi-qəddar ah, ey bədruzigar!Ah-ah, ey çərxi-qəddar, ah, ey bədruzigar,Künci-zülmətdə əcəb qoydun məni heyranü zar.
Xudu Məmmədovun xatirəsinəOna vaxtsız əcəl vermədi aman,Yandı ulduz kimi tez batmaq üçün.