İlləri saldım yola, yolun ortasındayam,Zamanın iş-peşəsi başımı qatmaq oldu.Kiminin toyundayam, kiminin yasındayam,Nə bir rahat yaşamaq, nə şirin yatmaq oldu.Vaxt olmadı gülləri doyunca qoxlamağa,Tikanın işi-gücü gözümə batmaq oldu.Gücüm çatmadı vaxtı yerində saxlamağa,Zamanı nə ləngitmək, nə də yubatmaq oldu.Ulu şairlər kimi mən qurşandım alverə,Vəzifəm dərdi alıb, kədəri satmaq oldu.Əbədiyyət xülyadı, can atdım nahaq yerə,Nə əvvələ qayıtmaq, nə sona çatmaq oldu.

2001, 8 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets