Mənim gülməyim tutur
Xəstəlik bir-bir çıxır,yerdən göbələk kimi,Deyəcəklər dəlidi,ağrılardan bağırsaq.Həkimlər söylədikcəmənim gülməyim tutur.Nə ürək yerindədi,nə ciyər, nə bağırsaq.Zaman qəhqəhə çəkib,güləcək üstümüzə,Gəncliyi, cavanlığıharay çəkib çağırsaq.
2002, 9 sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-menim-gulmeyim-tutur
Use ← → keys to move, R for a random poem
More by this author
Tanrım
Həmişə yüksəliş həsrətindəyəm,Məni yüksəklərə tuş eylə, Tanrım!
SəninkidirBoylan, başın üstə yüksəkliyə bax, insan,Əllərin çatmasa da, o uzaq səninkidir.
GecikdirməSəhərləri açan kişi,Aç səhəri, gecikdirmə.
Tanrı hədiyyəsiAçın mənim qəlbimi, oxuyun kitab kimi,Orda ilham adında cilvəli bir pəri var.