Boylan, başın üstə yüksəkliyə bax, insan,Əllərin çatmasa da, o uzaq səninkidir.Yeridiyin yerləri yerişinlə möhürlə,Ayağın altındakı bu torpaq səninkidir.

Doğan Günəş, yağan qar qismətədi, baxtadı,Ömrün, günün yolunda gah bürkü, gah şaxtadı.Beşiyində ağacdı, tabutunda taxtadı,Bu palıd səninkidir, o qovaq səninkidir.

Bir alın yazısı var hər kəsdə, hər adamda,Ölməz bir kimsə yoxdur, ömür bişmişdə, xamda.İstər sarayda yaşa, istər daxmada, damda,Axırda məzar adlı dar otaq səninkidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets