Evdən gedən elin deyil,eldən gedən millətindi,Bu gün köçüb gedən kişiulu bir millətdən gedir.

Doğulduğu məmləkətdəbir gözəllik yaratmışdı,Nəyi varsa burda qalır,cənnətə cənnətdən gedir.

Allah onu ən ilhamlıçağlarında xəlq elədi,Xaliq bilir, gedən oğulxalq adlı xilqətdən gedir.

Dəfələrlə dik baxmışdısərt ölümün gözlərinə,Söhbət bu gün ölümdən yox,əsl cəsarətdən gedir.

Şairlərin nəfəsiydi,rəssamların rəngi-ruhu,Özü bütöv millət idi,o, milli sərvətdən gedir.

Səksən ildə bircə dəfəəyilmədi, bükülmədi,O, milli qəhrəmanlıqdan,əsl qətiyyətdən gedir.

Tale onu göndərmişdibizlərə bir qismət üçün,Halal süddən, halal kökdən,halal bir qismətdən gedir.

Bir sözündə dolaşmadı,bir cümləsində çaşmadı,Gedən sərvət möcüzədən,sehrdən, heyrətdən gedir.

Mən kiməm ki, qələmimləverəm onun qiymətini?Söhbət burda zaman verənən böyük qiymətdən gedir.

Bu, ötəri kədər deyilbeş gün çəkib ayrılasan,Söz amansız ayrılıqdan,ən böyük həsrətdən gedir.

O gələndə dağ sevinər,daş gül açar, düz gülərdi,Nə itirir yurd itirir,gedən təbiətdən gedir.

Layiq idi ən ilhamlışairlərin sözlərinə,“Nemətsə də gözəl şeir”,ən şirin nemətdən gedir.

Rəhminin də, zəhminin də,fəhminin də yeri vardı,O, ən düzgün bir ölçüydü,əsl ləyaqətdən gedir.

Çox üzülmə, Vətən oğlu,gedən sənsən, qalan odur,O dayanıb öz yerində,gedən cəmiyyətdən gedir.

Tarixlərin yaddaşındazaman-zaman qalan səsdi,O nə torpaqdan ayrılır,nə əbədiyyətdən gedir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland