Qara imperiya caynaqlarındanSalamat qurtaran tək kişiydi o.Böyüdü, ucaldı fələklər qədər,Yerin də, göyün də gərdişiydi o.

Ağbirçək ananın saçları kimi,Öpdü ağ pambığı baxışlarıyla,Hər yerdə Vətənə xalı toxunduTorpağa vurduğu naxışlarıyla.

Əlində bərəkət, gözündə işıq,Çəkdi qara nefti ağ yanağına,Dünyanı gətirib qədəmlərinə,Qaldırdı milləti Tanrı dağına.

Sahildən-sahilə körpülər atdı,O əsri bu əsrə bağlamaq üçün.Keçdi birdəfəlik sağlamlığından,Vətəni salamat saxlamaq üçün.

Memar baxışıyla baxdı dağlara,Əridi, yonuldu qranit qaya,Nəsimi, Cabbarlı, Cavid, Nəriman,Heykələ çevrilib gəldi dünyaya.

Gecə də, gündüz də həvəsindədir,Yaz günü, yay günü, qış günü yoxdu.Bütün könüllərə səyahətdədir,İşsiz iş saatı, iş günü yoxdu.

Yüksələn dövlətlə qalxır, ucalır,Sünbüllə, zəmiylə ətirlənir o.Hər eldə bir şirin xatirə qalır,Hər yerdə sevgiylə xatırlanır o.

Sevgi birdən-birə yarana bilməz,Aylarla-illərlə yığılıb gəlir.Gözdən qəlbə köçür, candan ürəyə,Millətin bağrından doğulub gəlir.

Xalqını dünyaya tanıtmaq üçünSəsi qanadlandı altı qitədə.Bu gün diqqəti var bütün dünyanınAzərbaycan adlı bir xəritədə.

Məkkədə görmüşdüm, o xoş günləriÖmrünün ən gözəl vaxtı sayırdı.Orda da əl açıb dua yerinə“Azərbaycan” sözü pıçıldayırdı.

Çində də görmüşdüm böyüklüyünü,Orda ucalmışdı Çin səddi kimi.

Onu qoruyurdu baxışlarımız,Vətənin müqəddəs sərhədi kimi.

“Manas” dastanının min illiyindəYaratmaq eşqiylə aşıb-daşırdı.Ordaca bizləri yığıb başına,Qorduq bayramına hazırlaşırdı.

Zamandan zamana gələcək səsi,Bir qaya səngəri, daş qalasıdı.O, mənim xalqımın baş sərkərdəsi,O, mənim yurdumun baş qalasıdı.

Xalq elə güclüdü, sevdikləriniQaldırar başında qızıl tac eylər.Onun hər sözünü, işarəsiniHər ağır dərdinə bir əlac eylər.

Xalq elə güclüdü, o dirildəniƏzrayıl heç zaman öldürə bilməz.Min dəniz qabara, min çay kükrəyə,İzini torpaqdan sildirə bilməz.

Oğullar doğular... bu qoca dünyaBir də əvəzini gətirməz onun.Yazar yaddaşına, hafizəsinə,Heç vaxt zəhmətini itirməz onun.

Qorquda bənzətdi “Dədə” deyənlər,Kimi “ata” dedi, kimi “ər” dedi.Ana-bala kimi qucaqlaşdılar,Heydər “Xalql” deyəndə,Xalq “Heydər!” dedi.

Xilaskarın gəlişiyləalov yatdı, qan dayandı,Sanki bir az rahatlandı,nəfəs dərdi Azərbaycan.Əldən-ələ keçən dövlətortalıqda bazar malı,Ər kişinin hesabınayenə ərdi Azərbaycan.Canı-qanı bahasınaqazandığı istiqlalınMüstəqillik meyvəsinigültək dərdi Azərbaycan.Tufanların cilovunuözbaşına buraxmadı,Zirvələrə qaya kimisinə gərdi Azərbaycan.Ölüm-itim qorxusu yox,başçı başda, yerindədi,Saf arzular qaynağıdı,təzə-tərdi Azərbaycan.Öz varını özünə ver,aşıb-daşsın dəniz kimi,Dolu qızıl külçəsidi,parlaq zərdi Azərbaycan.Sərkərdələr sərkərdəsiöz işinin başındadı,Bir də hardan tapasıdıbelə mərdi Azərbaycan?Hünərsizlər bacarmadı,bu Vətəni saxlamağaÖz hünərli oğlu iləhünərvərdi Azərbaycan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland