Mənə ümid kimi bax – doğruldum gümanını,Mənə işıq kimi bax – dağıdım dumanını!Mənə inam kimi bax – sinə gərim çətinə,Mənə sevgi kimi bax – dönüm məhəbbətinə!Mənə səhər kimi bax – çevrilim sabahına,Mənə sevinc kimi bax – nöqtə qoyum ahına!Mənə bahar kimi bax – yaşıllanım, allanım,Mənə payız kimi bax – şirələnim, ballanım!Mənə həyat kimi bax – hər gün qaynayım, daşım,Bax, mənə necə baxır atam, anam, qardaşım.Nə qədər ki baxırsan mənə barmaqarası,Qəti sağalan deyil ürəyimin yarası!Demək, qəlbimdə kədər, demək, sinəmdə dağsan,Bu gedişlə, ey insan,Nə mən yüksələcəyəm, nə sən ucalacaqsan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring