O qanlı illərin hayı, harayı
Böyük Vətən müharibəsi illərindədoqquz oğul itirmiş rus qadınıİ.H.Stepanovanın şəklinə baxarkən
Bir ana qəlbində bu boyda kədər,Qulağım heç yerdə eşitməmişdi.Nə şaxta, nə sazaq bu şəkil qədər,Məni dondurmamış, üşütməmişdi.
Oğul itkisini, bala dağını,Bir çəkən anlayar, bir düşən bilər.Küləklər söndürər od-ocağını,Həsrəti həsrətlə görüşən bilər!
Alışan ocaqlar qaraldı, söndü,Dörd ilin ağrısı dörd əsrə bəsdi.O aylar, o illər qayçıya döndü,Şirin arzuları doğradı, kəsdi.
Sarsıdır ruhumu min dağ, min düyün,Alışır Buhenvald, qışqırır Xatın.Vətəni Günəştək yaşatmaq üçün,Nə qədər işığı sönüb həyatın!
Solğun gözlərinə boranlı bir qış,Qırışlar alnında səngər kimidir.Kirpiklər döyüşə hazır dayanmış,Bir himə bənd olan əsgər kimidir!
Torpağın eşqiylə göyə baş vuran,Kökə baş endirən budaqlar hanı?
Əlvan otaqları səslə dolduran,Nəğmələr oxuyan dodaqlar hanı?
Doqquz “qara kağız”, doqquz bəd xəbər,Dalbadal bir evdən saldı yolunu.Açmadı ürəyi açılan səhər,Çaxdırdı şimşəyi, tökdü dolunu.
Oğullar döyüşdü hər saat, hər gün,Yenə soyumadı qəzəbdən ürək.Vətəni ayağa salmamaq üçün,Bəzən dizin-dizin sürünmək gərək!
Nəfəsi əritdi qışın qarını,Məsləklə, bayraqla yeridi onlar.Güllələr apardı ayaqlarını,Dirsəklə, dırnaqla yeridi onlar.
Yerdə qoymadılar amanı, ahı,Yaxşı ki, həyatda haqqın səsi var.Düşmənin əlindən saldı silahı,Dünyanın ədalət məhkəməsi var!
Qırxı yaxalayır illərin sayı,Dünya ağrıları unutmur ancaq.O qanlı illərin hayı, harayı,Beş yüz il sonra da xatırlanacaq!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-o-qanli-illerin-hayi-harayi
Use ← → keys to move, R for a random poem
More by this author
Səni kül eylərəm, imkanım olsa,Kərəmin ağzından çıxan ah ollam.
Görmək istəmirdin əzəldən məniGörmək istəmirdin əzəldən məni,Necəsən, gözündən yayınam indi.
DağlarMən sizdən yazanda söz özü gəldi,Gəzmədim bölgünü, hecanı, dağlar.
Biz də əyri baxsaq...Qurumuş əllərim kəsib, doğrayıbArtıb ürəyinin nisgili, yası.