Ürəkləri,qapıları,süfrələri,cibləri,Yeni ilin üzünətaybatay açın.Ürəyin atəşini,qapının taqqıltısını,süfrənin bərəkətini,cibin səxavətini,Haqqın nuru kimihara gəldi dağıdın,hara gəldi saçın.Atəşi olmayan ürəyin,Səsi olmayan qapının,Səxavəti olmayan cibin,Bərəkəti olmayan süfrənin,Yanından, yörəsindən,Ayrıldıqca, ayrılın,Qaça bildikcə, qaçın!

2009, 31 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets