Bu bizim İbrahimə öz tayfasına qarşıverdiyimiz dəlildir. Biz istədiyimiz kimsənidərəcə-dərəcə yüksəldərik. Şübhəsiz,Rəbbin hikmət sahibi, elm sahibidir.(“əl-Ənam” surəsi, 83-cü ayə)

Allahını tanımayan insanlarınsəcdəsinə heç vaxt mələk gəlməz.(“Hədisi-Şərif”)

Bağban necə dolanırsabardan ötrü bağ başına,O da elə dolanırdıçox sevdiyi dağ başına.Sirdaşıydı, həmdəmiydidağda fikir, daşda fikir,Onu rahat buraxmırdıürəkdə od, başda fikir.Düşüncələr alovundabir şam kimi əriyirdi,Fikir ilə yatıb-durur,fikir ilə yeriyirdi.Səs verirdi gələn səsə,bir tərəfə çəkilirdi,Girirdi bir daş qəfəsə,bir tərəfə çəkilirdi.Alnında Allahın nuru,Sevgisi çeşmədən duru,Qəlbində eşqin uğurubir xəlvətə çəkilirdi.

O, xəlvətə çəkildikcəMələklərin nidasıylaməhəbbətə çəkilirdi.Fikri, zikri, düşüncəsi,yayınmırdı dağa-daşa,Pıçıltıda Haqqı tapır,həqiqətə çəkilirdi.Baxdığı tək Kəbə idi,hər gün Kəbəyə baxırdı,Bir Allaha əyan idi,Məhəmməd niyə baxırdı,Məhəmməd nəyə baxırdı?Sirr özüydü, sirr Allahı,bir xəlvətə çəkilirdi,Bir özüydü, bir Allahı,O, xəlvətə çəkilirdi.

Xəlvətə çəkilən kimsəçöldən içə doğru gedər,Əzizlənər, təmizlənər,durar günahdan yuxarı.

Bədən ruhun xidmətçisi,ruh bədənin qayğıkeşi,Qaldırar öz sahibini ağrıdan,ahdan yuxarı.

Xəlvətə açdı sirrini,xəlvətdə tapdı yerini,Şahlar onun ayaq tozu,o durub şahdan yuxarı.

“Peyğəmbərəm” deyən kimsəonu əməldə göstərər,Nəfsinə sultanlıq eylər,çıxar tamahdan yuxarı.

Könül adlı bir saraydayapdırırdı yapısını,Yaradana tapşırırdıqəlb evinin qapısını.

Qəlb evinə qapı açaniçində cənnət gəzdirər,Dilində söz xəzinəsi,sehrli sərvət gəzdirər.

Ürək bu dünyadan böyük,ürəksiz dünyaya bir yük,Ruhu sönməz olan kəslərcanda məhəbbət gəzdirər.

Allah ilə dost olanınyolu qırılmaz yarıda,Yeddi qatdan yetmiş qatakeçər mərtəbə-mərtəbə.

Ən istəkli peyğəmbərinbəxtinə merac yazılar,Mənzilləri, məkanlarıseçər mərtəbə-mərtəbə.

Allah özü əzizləyərən sevimli bəndəsini,Könüllərdən-könüllərəkeçər mərtəbə-mərtəbə.

Tanrı dostu olanlaragöylər açar qapısını,Məhəbbət öz işığınısaçar mərtəbə-mərtəbə.

Hirada yeri xəlvətdi,Haqq sirdaşı Məhəmməddi,Bəndə onun eşqi iləuçar mərtəbə-mərtəbə.Mən də görmək istəyirəmxəlvətdəki gizlinləri,Peyğəmbərim işarəyləmələyi göstərir mənə.

“Lə iləhə illəllahl”lainancına doğru gedir,Boylanır Tanrıya sarı,fələyi göstərir mənə.

Külək gözə görünmür ki,tutam onun yaxasından,O, göz ilə görünməyənküləyi göstərir mənə.

Mən onun durduğu yerdəyanmış qayalar görürəm,O, qayanın yaxasındaçiçəyi göstərir mənə.

ök ök ök

Məni arxasıncabir səs apardı,Bu səsdən gücümüalınca getdim.Düzdə dayanmadım,dağda durmadım,Axırıncı nəfəsqalınca getdim.

Qəlbimə, ruhumanur yağa-yağaBaxdıqca hey baxdımNur adlı dağa.Səsi anlamağa,sözü duymağaƏn böyük arzunundalınca getdim.

Hara boylanıram,hara baxıram,Gözümün önünəYaradan gəlir.Allah kəlamınıalıb mələkdən,Peyğəmbər qayıdıbHiradan gəlir.

Yer də cilvələnir,göy də, Günəş də,Torpağa can gəlib,daşa can gəlib.Yazılıb alnınapeyğəmbər olmaq,Bu hökmü, fərmanıAllahdan gəlib.

Sevgisi çəkiyə,ölçüyə gəlməz,Böyükdü dünyanınölçüsü kimi.Gəlir kainatın əfəndisitək,Gəlir Yaradanınelçisi kimilKitabla qayıdırkitabsız gedən,Gətirir “Ələq”inbeş ayəsini”.Bütün yer üzünəyaymaq istəyirBütün zamanların hekayəsini.

“Oxul” nidasıylabaşlanır həyat,Eşqi qucaqlayırbütün varlığı.Onunçün dünyadamüsəlman olmaqDünyanın ən böyük bəxtiyarlığı.

Salam yağışıdırbaşından yağan,Kitabın şahını gətirib gəlir.Yerin ləngərini,göyün sirrini,Dinin sabahınıgətirib gəlir.

Sevgiylə dolmuşduçiçəklər, otlar,Çəmənlər ətriyləsalam verirdi.Səcdəyə gəlmişdigöydən buludlar,Allah xatirinəsalam verirdi.

Saysızdı sayğılar,salamlaşmalar,Salam dağ salamı,daş salamıydı.

Ona Allahınınverdiyi salamBütün salamlarınbaş salamıydı.

Gecikmiş olsam dadüz on dörd əsr,Mən də qoşuluramo salamlara.Mən də qoşuluramo gələn günüYanan çıraqlara,yanan şamlara.

Nur dağı dönmüşdübir xəzinəyə,Peyğəmbər ürəyidolu gedirdi.İbrahim, İsmayıl,İshaq getdiyi,Adəm başladığıyolu gedirdi.Hər qaya gözündəməbədə dönür,Uca göylər kimidolub gedirdi.Gəlmişdi bu dağaMəhəmməd kimi,Bu dağdan Peyğəmbərolub gedirdi.Ayağı toxunanqum dənəsi dəÖzünü dağlardanuca sayırdı.

Üfüq də, Günəş də,ulduz da, Ay daMəhəmməd nurunuqucaqlayırdı.

Gecələr deyirdi:“Ay sənə qurban”,Gündüzlər deyirdi:“Günəş sənindi”.Buludlar deyirdi:“Yağışlar sənin”,Səhralar deyirdi:“Atəş sənindi”.

Qaranlıq dünyayaqəndil, çilçıraq,Qovrulan səhrayagur yağışdı olQırx yaşla təzəcəqarşılaşsa da,Bəlkə də qırx min ilyaşamışdı ol

“Oxul” — demişdilərona Quranı,“Əlif”dən başlayıb,“mim”dən gəlirdi.“Oxul” — demişdilərona dünyanı,Bilirdi bu sədakimdən gəlirdi.

Səslər də, sözlər də,pıçıltılar daRuhuna sərinliksəpirdi onun.

Üfüqlər başınasığal çəkirdi,Torpaq ayağındanöpürdü onun.

Ata sevgisinəhəsrət qalanda,Ana sevgisindənəli çıxandaUşaqtək hönkürübağlamışdı o,Ömrünü, gününü,təbiətiniTanrı dərgahınabağlamışdı ol

O gün Əminənintorpağı nurdu,O gün Abdullahınməzarı işıq.Onların yetiribbitirdikləriPeyğəmbər gəlirdiHaqqa yaraşıq.

İkinci Günəşidoğdu dünyanın,Günəş sevinirdi:tək olmayacaq.Daha indən beləzülmət, cəhalətBəşər varlığınayük olmayacaqlPaslı beyinlərəfikir, hərəkət,Günsüz ürəklərəgün gətirirdi.Dinsiz olanlarıdinə çatdırıbDünyaya təzə birdin gətirirdi.Bu, ədalət dini,bu, ixlas dini,Bu, iman diniydi,insaf diniydi.İmanlar içindəən mükəmməli,Dinlərin içindəən saf diniydi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets