Öpüşəndə
Vədəsində yetir, haqla,Ey təbiət, özün saxla.Qaynar gözlü bir bulaqlaYanan dodaq öpüşəndə.
Xəyal qarlı dağlar aşar,Zirvələrdə yolu çaşar.Yer göy ilə qucaqlaşar,Üfüqlə dağ öpüşəndə.
1974, 28 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-opusende
Use ← → keys to move, R for a random poem