Müşfiqə bir güllə dəydi,ona dəyən bu güllədən,Yer alışdı, göy qovruldu,səs hönkürdü, ün ağladı.

Qaraqaşlı, qaragözlü,qara bəxtli bir şairinZəmisi, tarlası yandı,sünbülündə dən ağladı.

Bu, İsanın çarmıxıydı,Məhəmmədin daşqalağı,İnsaf itdi, mürvət öldü,iman susdu, din ağladı.

Tətik çəkən barmaqlarıTanrı niyə qurutmadı.Bəd xəbərdən göy üzündəAy tutuldu, gün ağladı.

Hansı barıt, hansı güllə,hansı silah tökdü qanı,Yoldu ağaclar saçını,bir hönkürdü, min ağladı.

Qan gölündə çimdi çıxdı,tarın bütün pərdələri,Qəlbimizdə qəmli tellər,saçımızda dən ağladı.

Nə çığırmaq, nə bağırmaq,nə çağırmaq mümkün idi,İçimizdə batan səsədağ başında çən ağladı.

Allah özü yaş axıtdıbir güllənin dəhşətinə,Şair haqqı tək qoymadı,Allah ilə tən ağladı.

2006, 9 oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love