Yaman ağırlaşmısan,Oxu mənim şeirimi,oxu, yüngülləş bir az.Sellərlə qol-boyun ol,çaylarla güləş bir az.Yaman ruhdan düşmüsən,At beynindən, başındanbu qaragüruhları.Orda tanıyacaqsanSəni ruha gətirənən müqəddəs ruhları.Çox həvəsdən düşmüsən,oxu mənim şeirimi,Havalan, həvəsə gəl.Səslər eşidəcəksənHər sözün ürəyindən,Ona səs ver, səsə gəl.Yaman ölgünləşmisən,Oxu mənim şeirimi,Duyub anlayacaqsanvaxt hardadı ölməyə,Qaçacaqsan sevimlidostlarının yanınaSevincini bölməyə,kədərini bölməyə.Yaman ölüb ümidin,Oxu mənim şeirimi,Əqidədən, inamdancüt qanad taxacaqsan.Səni sıxan dünyayaeşqin, nurun, sevginingözüylə baxacaqsanl

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets