Bu şirin qəmlərin əvəzi yoxdur
Ey duman fikirlər, ey dəvə dərdlər,Bu şirin qəmlərin əvəzi yoxdur.Qəfəsə salsa da dünya şairi,Fikrin, düşüncənin qəfəsi yoxdur.
Ayağında çarıq, əlində əsa,Gəlir insan oğlu yol basa-basa.Kimi qəm sızladıb, yas ağlatmasa,Quru bir cəsəddi, nəfəsi yoxdur.
Durmaq artıq şeydi, duruşa dəyməz,Ölümlə, həyatla vuruşa dəyməz.Beş qara qəpiyə, quruşa dəyməz,Kimin dərd adlanan dəvəsi yoxsa.
2006, 9 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-bu-sirin-qemlerin-evezi-yoxdur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Dünyanın son göyüzündən sevginin son göyüzünəBir an da dayanmadan, durmadanözünü göyüzünün görünməz qayasından atan
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,