Qovuşmasaq, gül yanağın inciyər,Dodağıma həsrət çəkən xal qalar.Meylim, gözüm sənin kimi yardadı,Məni oda üzündəki xal qalar.

Atan atdı, barı atma sənsarıYaram olsa, əllərinlə sən sarı.Cavan könlüm küskün olsa, sən sarı,Sən olmasan yenə onu xalq alar.

Tutduğunu çox da bilmə yar, asan,Ürəyimdə bir sağalmaz yarasan.Zəlimxanı sinəsindən yarasan,Ömrün boyu ürəyində xal qalar.

1972, 13 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets