Qürbətdən Vətən olmaz!
Tehran cənnətə dönsə,Yaddan çıxmaz Qarabağ.
Gördüyüm hər gözəllikheyrətə salır məni,Min qat gözəl olsa da,heyrətdən Vətən olmaz.Saçına sığal çəkib,rəğbət bəsləsələr də,Ömrü beş-on gün olar,rəğbətdən Vətən olmaz.
Allah evi Məkkədəevimçün darıxmışam,Evdən-eşikdən ötrüürəyimi sıxmışam.Həsrətin sınağındandağlar yarıb çıxmışam,Adında ayrılıq var,həsrətdən Vətən olmaz.
Çəkilən ağrı bilərsızıldayan iç nədir,Səfərə çıxan biləryolda qalan köç nədir.Adın göylərə çıxsa,yadlar üçün heç nədir,Vətəndən şöhrət olar,şöhrətdən Vətən olmaz.
Çırpınar intizardaqəlbin, ruhun qısılar,Oğul-uşaqdan ötrücanın göydən asılar,Adına, taleyinəqərib möhrü basılar,Ancaq onda bilərsənqürbətdən Vətən olmaz.
Dünyanın çəkmədiyiağrısı, azarı yox,Ağrı nə qədər çəkər,behi yox, bazarı yox.Qərib yerdə öləninyatmağa məzarı yox,Zülümdən bir yurd-yuva,zillətdən Vətən olmaz.
Qəriblərin saçındaqara bax, qırova bax,İnildəyən kamana,sızıldayan tara bax.Cəhənnəmə dönsə də,cənnətimdi Qarabağ,“Tehran cənnətə dönsə”,cənnətdən Vətən olmaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qurbetden-veten-olmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Dedim: — Gur saçların nə tez ağardı,— Payızın saldığı qırovdur, — dedi.
Sənə qalmayacaq. sənin olanlarSənə qalmayacaq sənin olanlar,Tulla min sevinci, bir qəmi saxla.
Nifrət - sevgiBu çərxi-fələyin öz işləri var,Hərənin başına bir iş gətirər.
Alın yazısıMeşə palıdların, göy buludların,Dəniz dalğaların, ləpələrindi.
Poems by other poets · Separation
Bülbülə gülşəndə rəngü-ruxsarın,Göstər gələn münca olmasın həris,
Qəzəl: Əğyar aldı çevrəmi, canan, həray-hayƏğyar aldı çevrəmi, canan, həray-hayAldı bu dərdlər məni dərman həray-hay
AnaraHicranın ağırdır, dözə bilmirəm,O uca dağlardan en gəl, Anarım!
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın