Gül sənin nəyinə gərəkdir, gülüm?Öpən dodağı yox, oxşayan əli.Gəl gül də, çiçək də özümüz olaq,Sən bir az ağıllı, mən bir az dəli.

Gül sənin nəyinə gərəkdir, gülüm?Sənin gülün mənəm, çiçəyin mənəm.Güllü nağıllara getməsin ağlın,Sənin həqiqətin, gerçəyin mənəm.

Gül sənin nəyinə gərəkdir, gülüm?Hüsnün, gözəlliyin dünyada təkdi.Əgər sən varsansa, bu yer üzündə,Dünya başdan-başa güldü, çiçəkdi.

Gül sənin nəyinə gərəkdir, gülüm?Qoxla, nəfəsimi çiçəyə döndər.Şairin sözünə yalandır demə,Bütün yalanları gerçəyə döndər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring