Bir qələm, bir dəftər,bir söz, bir masa,Qismətinə düşər,baxtına düşər.Fikri buludlaraatar kəməndi,Eşqi ucalığıntaxtına düşər.

Yük ağır, yol çətin,mənzil tükənməz,Çətin səfərlərinbaşlanması var.Şöhrət zirvəsinifəth edənlərin,Şöhrətsiz tərəfdəndaşlanması var.

Şöhrət ucaldıqcadüşmən çoxaldı,Xəbislər yerindəyata bilmədi.Fırtına, qasırğa,tufan, zəlzələ,Şair sevgisinəbata bilmədi.

İstər zindana sal,istər güllələ,İstər sürgün eylə,susdurmaq olmur.

Şairi asırlar darağacından,Şeirini, sözünüasdırmaq olmur.

Göydə axtarırlar,yerdəyəm deyir,Yerdə axtarırlar,göydəyəm deyir.Ruh kimi bir yerdətutmayır qərar,Nəfəsdə, nəğmədə,neydəyəm deyir.

Bütün silahlılar,bütün silahlar,Söz adlı silahaməğlub olacaq.Bir gündə min cildəgirsə də şeytan,Axırda Allahaməğlub olacaq!

Şairlər yumacaqşeytan ağzını,Şairlər ötəcəkşər qapısını.Şairlər qalxacaquca dərgaha,Şairlər açacaqər qapısını.

2010, 17 avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets