Şəhidlik
Peyğəmbər dilindəkiən mübarək kəlmədi,Yerlərə könül verib,göylərə yüksəlmədi,Şəhidlik qisməti dəilahidən gəlmədi,Bu əlçatmaz ucalıqheyrətdi, heyrət mənə, –Tanrım, şəhid olmağınsirrini öyrət mənə!
Gözüm yox bu dünyanınsərvətində, zərində,Budaqlarım buludda,köklərimsə dərində.Niyə şəhid olmadım,Haqqın döyüşlərində,Hərdən bu ağır sualverir xəcalət mənə, –Tanrım, şəhid olmağınsirrini öyrət mənə!
Bu gün də üz-üzədiryaxşılıqla yamanlıq,Bu gün də döş-döşədirqorxaqlıq, qəhrəmanlıq,Bu gün də döyüşdədir,işıq ilə qaranlıq,Gəlsin mənim dinimdən,ikinci qüvvət mənə, –Tanrım, şəhid olmağınsirrini öyrət mənə!Şəhidlikdi qaldırandini də, imanı da,Şəhidlikdi dağıdanşübhəni, gümanı da.Şəhidlikdi itirəntozu da, dumanı da.Allahın özü versinhünər, cəsarət mənə, –Tanrım, şəhid olmağınsirrini öyrət mənə!
Bu gün də dilimdədir,bayatılar, ağılar,Yenə də hücumdadıqaniçənlər, yağılar.Şəhidləri olmasamillət batar, dağılar,Həyatda çox toy tutubzülüm, məşəqqət mənə, –Tanrım, şəhid olmağınsirrini öyrət mənə!
Dinimin ayağınagünah yazıllar bu gün,Ayağımın altınıyaman qazıllar bu gün,İslamın dediyinitərsə yozullar bu gün,Cavabını verməsəmmin dəfə lənət mənə,Tanrım, şəhid olmağınsirrini öyrət mənə!!!
Almaniya,Münhen xəstəxanası, 2008, 12 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sehidlik
Use ← → keys to move, R for a random poem