Əvvəl özünü tanı,sonra anlat cahanı,Özünü tanıyan kəsxalqı bilməz olurmu?

Allahına üz tutubnamaz qılırsa məxluq,Zikrini, duasınıhaqla bölməz olurmu?

“Gəlimli-gedimlidir,son ucu ölümlüdür”,Ölümsüzlük haqq işi,bəndə ölməz olurmu?

Buyurmaq Yaradana,buyrulmaq bizə düşər.O gəl deyib çağırsainsan gəlməz olurmu?

Şəms gördü Mövlananı,güldü könül dünyası,Arzusuna çatandakönül gülməz olurmu?

Nəyi çatmır Allahın,insanı yaşatmağa,Hər kəsə bir yol seçir,halal bir peşə verir.

Üzmək istəyənlərədənizləri göstərir,Gəzmək istəyənlərədağ verir, meşə verir.

Kolların dibini dəsahibsiz qoymur Allah,Gözəllərə bənzəyənkövrək bənövşə verir.

Qəlb alışır, can yanır,8 ruh çırpınır, göz sevir,Ürəyə eşq adlananəbədi nəşə verir.

Sevənlər, sevilənlərŞəmsə Günəş dedilər,Çünki Allah ən böyükeşqi Günəşə verir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love