Söykən, torpağa söykən
Söykənmək istəyirəm!Ağacamı söykənim,yamacamı, daşamı?İllərəmi söykənim,taleyəmi, yaşamı?Söykənmək istəyirəm!Arzuyamı söykənim,ümidəmi, eşqəmi?Kim əridər, görəsən,içimdə gəzdirdiyimDaş sükutu, daş qəmi?Söykənmək istəyirəm!Qardaşamı söykənim,bacıyamı, yaramı?Kim məlhəm qoya bilər,kim sağaldar yaramı?Söykənmək istəyirəm!Günəşəmi söykənim,ulduzamı, Ayamı?Dənizəmi güvənim,dalğayamı, çayamı?Günəş məni anlayar,ulduz məni duyarmı?İçimdəki dərdləri,bostanıma, bağımaDaş atan namərdləribu dənizlər, bu çaylarTəmizlərmi, yuyarmı?Söykənmək istəyirəm!
Dəftərəmi söykənim,qələməmi, şeirəmi?Bilmirəm bu söykənişziyanamı, xeyrəmi?Göydən axdı, bilmirəm,yerdən çıxdı, bilmirəm,Səs gəldi qulağıma,ölümün əlindədihər bir dərdin dərmanı,Ölümün əlindədiinsanın son fərmanı.Söykən qara tabuta,beş arşın ağa söykən!Nə dağa düş, nə daşa,Söykən, torpağa söykən!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-soyken-torpaga-soyken
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəcVəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
Bir söylə görüm...Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldürÖlüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldür,Gözündə hər muradı, tazə-can ölmək nə müşküldür.