Ehtiyat
Qışın gəlişindən özünü gözlə,Qar-boran üstünü tez basa bilər.Ayaz qılınc çəkər, şaxta qan salar,Üşüyən qəlbini buz basa bilər.
Yayın gəlişinə gör ehtiyatı,Od-alov bağrına köz basa bilər.Qoru varlığını tozdan-dumandan,Hissini, duyğunu toz basa bilər.
2002, 3 aprelATAMIN MƏZARl BAŞINDA
Ruhumda bir günəşin var,Nuruna qurban olduğum.Qəlbimdə bir atəşin var,Qoruna qurban olduğum.
Damarımda qan dediyim,Dərdimə dərman dediyim,“Can” sözünə can dediyim,“Çor”una qurban olduğum.
Görür gözüm, kor deyil ki,Sevgin şahdı, zor deyil ki,Sən yatan yer gor deyil ki,Goruna qurban olduğum.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ehtiyat
Use ← → keys to move, R for a random poem
More by this author
Tanrım, sənə çox şükür,Sənə tapınmaq üçün,
SəslərEşidə bilirsənmi göydən gələn səsləri?Yağışın da, qarın da, buludun da səsi var.
Desəm ki...Göylərin qapısı üzümə açıq,Yerlərin qapısı üzümə açıq.
Tanrının dərgahıHaqqı gör, haqqa bax, haqq ilə din-danış,Şairsən, üzünü günə tut, Aya tut.