Tanrım, sənə çox şükür,Sənə tapınmaq üçün,Din və iman yaratdın.Düşüncələr qanadı,Ruh verdin, can yaratdın.Bir bəşər övladınıYüz il yaşatmaq üçün,Canda təpər, gözdə nur,Damarda qan yaratdın.Qaşlarım çatılanda,Dərdimi tək qoymadın,Dərdə dərman yaratdın.Tanrım, sənə şükürlər,Məni insan yaratdın.Dili təmiz dualı,Qəlbi isti yuvalı,Könlü şirin havalı,Tanrıdan qüvvət alan,Tanrı sazını çalan,Bir ozanı səslədin,Bir Zəlimxan yaratdın!

2000, 24 aprel Ankara

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love