Söz
Qarşımda varaqdı, əlimdə qələm,Sözün bölümündə, bölgəsindəyəm.Söz yaşıl ağacdı, mən sevən adam,Böyük yaşıllığın kölgəsindəyəm.
Söz ilə yaşanıb tarixdə hər yaş,Söz ilə qoyulub daş üstünə daş.Söz böyük vətəndi, şair vətəndaş,Sözün ən müqəddəs ölkəsindəyəm.
Sözlə bu dünyanı quran olmuşam,Sözlə kitab olub, Quran olmuşam,Sözlə Türk olmuşam, Turan olmuşam,Sözün Oğuzunda, Bilgəsindəyəm.
2003, sentyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-soz-6
Use ← → keys to move, R for a random poem
More by this author
Habil
Yandıra-yandıra yaşadır ömrü,Ümiddi, şübhədi, gümandı Habil.
Nə təmiz yaradıbƏsil insan, gözəl alim, ağsaqqalım,*qayğıkeşim, xeyirxahım Camal Mustafayevə*
DanışarBu gün mənim dilim dinməz,damarda qanım danışar,
Ürəyi yoxdursa, ölüdür şairGözümü yumuram, qəlbin gözüyləBöyük dünyalara göz açmaq üçün.