Şükrü Qaya Qarabağlı
Amerikada yaşayan azərbaycanlıŞükrü Qaya Qarabağlı ilə sevimli müğənnimiz,SSRİ xalq artisti Zeynəb Xanlarovanıntelegüzgüdə olan söhbətindən cücərən düşüncələr.
Daşdan-daşa dəyən başın qurbanıyam,Gözdən qəlbə axan yaşın qurbanıyam,Vətən canlı Vətəndaşın qurbanıyam,Qeyrətinə qurban olum, Şükrü Qaya!
Yad baxışlar mənliyini dara çəkib,Qismət yazan ağ üstündən qara çəkib,Tale səni gör bir hardan-hara çəkib,Qismətinə qurban olum, Şükrü Qaya!
Qırx səkkiz il dilin dillər tamarzısı,Qırx səkkiz il əlin əllər tamarzısı,Qırx səkkiz il gözün yollar tamarzısı,Möhnətinə qurban olum, Şükrü Qaya!
Qərib olan gözü yoldan yığan deyil,Qərib dərdi yerə-göyə sığan deyil,Qəriblərin bəxtinə gün doğan deyil,Zillətinə qurban olum, Şükrü Qaya!
Qürbət çəkən hər saatla hesab çəkir,Ürəyini şişə taxır, kabab çəkir,Qürbət çəkən ömrü boyu əzab çəkir,Qürbətinə qurban olum, Şükrü Qaya!
Üz tutqundu, göz yaşlıdı, kirpik nəmdi,Daşıdığın dağdan ağır yükdü, qəmdi,Sən Qəribsən, ana Vətən Şahsənəmdi,Ülfətinə qurban olum, Şükrü Qaya!
Sən Vətəndə sevdiyinə “can-can” dedin,Bir gözələ “ən vəfalı insan” dedin,Ad çəkmədin, ona “İsmi-Pünhan” dedin,Diqqətinə qurban olum, Şükrü Qaya!
Vətən – qardaş, Vətən – bacı, Vətən – ana,Ətri, dadı keçər südə, hopar qana.“Vətən!” dedin sən ürəkdən yana-yana,Xiffətinə qurban olum, Şükrü Qaya!
Həsrət görmək – hər gün sınmaq, əyilməkdir,Həsrət görmək – tənələrlə döyülməkdi.Həsrət görmək – içəridən yeyilməkdi,Həsrətinə qurban olum, Şükrü Qaya!
Ürəyimdi güllələnən, qəlpələnən,Göz yaşımdı dəniz olub ləpələnən.Zərrə-zərrə yer üzünə səpələnən,Millətinə qurban olum, Şükrü Qaya!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sukru-qaya-qarabagli
Use ← → keys to move, R for a random poem
More by this author
Cilli aşıq Müseyib!Sənin sazın dil açıb Cildən oxumaz daha,
O qızın göz yaşlarıXocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar olaraq yas*mərasimi – şəhidləri anma günü keçirilirdi. Hər çıxışda bir*
Kökündən qopan ağacSəs aparır beynimi,Səs aparır başımı.
Zəlimxan qarğışıHeç vaxt yeriyəndə büdrəməmişdim,Yeriyə bilmədim, büdrədim indi.
Poems by other poets · Separation
Könlüm xoş olur ol büti-zibayə baxanda,Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,