Tanı məni, Amerika!
Amerika dövlətilMəni dəvət etmisən,bu dəvətin mübarəklMənə hörmət etmisən,bu hörmətin mübarəklDünyanın o başındanbu başına gəlməyəSəxavət göstərmisən,səxavətin mübarəklŞan-şöhrətin, ad-sanın,böyüklüyün, möcüzən,Varlığın, gözəlliyin,təravətin mübarəklMəcrasına sığmayangur çayların mübarəklBuludlardan nəm çəkənsarayların mübarəklMin zəfər kitabınasığışmayan, sığmayanAğlı heyrətə salanəzəmətin mübarəklGörüşünə gəlmirəmsadə kef-damaq üçün,Beş-on gün ləzzət alıb,gözəl yaşamaq üçün.Su kimi hara gəldiaxmaq üçün gəlmirəm,Ağ evə, Parlamentə,Senata, KonqresəSeyrçi bir nəzərləbaxmaq üçün gəlmirəm.
Yaşım o yaş deyil ki,Baxdığım mənzərələrxəyalımı çaşdıra,Gördüyüm parıltılargözümü qamaşdıra.Yaşım o yaş deyil ki,zövqüm məni aldada,Məndən ötrü həyatınyalanı da bal dada.Təkcə şair deyiləm,Coşsun, çağlasın təbim,Ya, bir xoş xatirəylə,Ya, gözəl bir şeirləbitsin sözüm, mətləbim.Təkcə şair deyiləm,Göylərin durmasına,Göllərin sonasına,Daşların xınasına,Gördüyüm şəhərləringöydələn binasınaƏtirli misralarısəpəm gül-çiçək kimi,Çiçəklərə, çöllərəqonam kəpənək kimi.Vəkiləm bir millətə,vəkiliyəm millətin,Yüküm ağırdan ağır,işim çətindən çətin.Bircə yarpaq düşürsə,budağa cavabdehəm,Bir qarışı yanıbsa,torpağa cavabdehəm.Bir əsrin tarixindəİki dəfə yüksələnbayrağa cavabdehəm.
O qədər qövr edib ki,ürəyimin yarası,Sənə yetirmək üçünNə fikrim bitəsidi,nə sözüm qurtarası.Od tökülüb, qor dolubsaçımdan dırnağıma,Yana-yana kül olarkim çıxsa qabağıma.İztirab var, ağrı var,faciə var, əzab var,Çürütməli, çözməlinə qədər haqq-hesab var.Daşdı səbrim, dözümüm,dağdı çiynimin yükü,Biz-biz olub qəzəbdənyenə başımın tükülDərd ağır dalğa-dalğa,duman kəsir üstümü,On illərdi yanıram,görən yoxdu tüstümü.Yandım qır qazanında,Bişdim kor qazanında,Qovruldum qovut kimi,Fitnə, şər qazanında.Bu gün mənim sirdaşımnə saz, nə kaman, nə tar,Nə ovçuyam, nə səyyah,nə alim, nə bəstəkar.Nə mən tamaşaçıyam,nə də sən bir tamaşa,Baxım pariltılaragözüm nurdan qamaşa.İşim dönüb tərsinə,ağzım dirənib dağa,Gəlirəm, AmerikalGəlirəm, dur hazırlaşməni qarşılamağa)Qasırğayam, dalğayam,fırtınayam, tufanam,İllər boyu qaynayan,Bircə anda püskürənzəlzələyəm, vulkanam.Gəlirəm, Amerika,tufan kimi gəlirəm.Qayaları sovuranvulkan kimi gəlirəm.Ya miskin bir ölümdü,ya məğrur yüksəlişdi,Bu, başqa cür gəlişdilTək mən deyiləm gələn:Çıxıb uzaq bir yola,verib mənlə qol-qola,Böyük bir arzu gəlibhəqiqət olmaq üçün,Böyük bir ümid gəlibməhəbbət olmaq üçün.Dağdan ağır dərd gəlib,gələn dərdim sərt gəlib.Səndən qüvvət istəyircəsarət olmaq üçün.Ruhumda bir od gəlib,canımda bir can gəlib,İliyimdə, qanımdabir Azərbaycan gəlib.Mənim üçün hər şeydənuca, müqəddəs olan,Dilimdə, dodağımdanəğmə olan, səs olan,Udduğum təmiz hava,çəkdiyim nəfəs olan,Dərdli bir Vətən gəlib.Onun dərdi həmişəzirvələrlə tən gəlib.Yolum çətin, işim zor,Dinlə, cənab senatorlBilsən də, bilməsən də,Azərbaycanla bağlıbir az təqdimat verim,Qəlbinə bir genişlik,ruhuna qanad verim.Tanı, yaxından tanıbizim AzərbaycanılXəzər yaxasında Kürlü, Arazlı,Göygöllü, Şahdağlı bir dövlətəm mənlŞeirimdə Nizami yüksəkliyi var,Peyğəmbər zirvəli bir sənətəm mənlBir dövlət qurmuşdum beş yüz il əvvəl,Xətai imzalı cəsarətəm mənlİnsanı qaldıran tanrı taxtına,Nəsimi möhürlü həqiqətəm mənlFikirlər, duyğular zəlzələsiyəm,Sabir möcüzəli səltənətəm mənlO tayda Təbriz var, bu tayda Bakı,Ortadan ikiyə şaqqalanmışam,Dünyada ən böyük bir həsrətəm mənlTorpağı min yerə parçalansa da,Sevgisi bölünməz məhəbbətəm mənlKörpə azadlığı qana bələnmiş,Dağılmış, talanmış bir sərvətəm mənlBu gün gözü yaşlı, qəlbi təlaşlı,Üsyanam, gileyəm, şikayətəm mənlMən deyim, sən dinlə, yaddaşına yaz,Ən kövrək, ən qəmli hekayətəm mənlDüz iki yüz ildi ki,dağılmış, parçalanmış,Yadellilər əlindəyurd-yuvası talanmış,Yenilməz oğullarıNizələrə taxılmış,alovlara qalanmış,Taleyi düyünlənib,işləri tərsə düşən,Bir payı rusa düşən,bir payı farsa düşən,Təbrizi yaralanmış,Dərbəndi paralanmış,Ağrılar sinəsindədağlartək sıralanmış,Sellərə dönmüş qanam,qanlara dönmüş seləm,İki yerə bölünmüşbir Vətənəm, bir eləmlBir körpüyəm, keçidəmŞərqlə Qərb arasında,Ömrüm, günüm, taleyimsülhlə hərb arasında.Düşünəndə az qalırbaşıma gəlsin hava,Mənim bəxtsiz millətimBir parça torpaq üstəmin qan görüb, min dava.Mənə millət göstərin,keçsin otuz milyonu,Danışmağa öz dili,Yazmağa öz qələmi,öz kitabı olmasın.Mənə millət göstərin,Mənim millətim qədərdərdi, əzabı olsun.
Axıtdılar dalbadalxalq oğlu Səttarxanın,Şeyx Xiyabaninin,cənab PişəvərininQan dolu göz yaşını.Mənə millət göstərin,Mənim millətim qədərBir əsrdə üç dəfə qopartsınlar bədəndənonun qanlı başını.Qafqazın sinəsindəən möhtəşəm bir dağam,Qoca Şərqdə ilk dəfəMüstəqillik adıyladalğalanan bayrağamlBircə gündə əlimdən aldılar şadlığımı,Qan içində boğdularÜç yaşına çatmamışkörpə azadlığımı.Dişində şirə qalıb,axıdır qanı düşmən,Bu gün də aralanmır,tutub hər yanı düşmən,Yolum çətin, işim zor,Dinlə cənab senatorlBağışla, bəlkə, bir azçox alıram vaxtını,Axı, ziyarətdəyəm,Azadlıq ölkəsininazad bir paytaxtını.Başında duman oynar,gözlərində çən olar,Bizlərdə bir məsəl var,“dərdli deyingən olar”.Axı, sən konqresdə,axı, sən senatdasan,Hər yerdə sözün keçir,Həm aşağı qatdasan,həm yuxarı qatdasanlHeç bir kəsin yanındasözü keçməyən mənəmlİllər ilə alışan,odu keçməyən mənəm,közü keçməyən mənəmlİlan kimi qıvrılan,Tüstülənən, qovrulanAzadlıq şərbətiniBircə dəfə doyuncaalıb içməyən mənəmlTəzə oyun tapıblar, indi bir təzə oyunAvropa, AmerikaBu işdə can-ciyərdi,bu əməldə qol-boyun.Tapılan bəhanəyəəcəb ad da veriblər: “Erməni soyqırımı”.Olubsa, doğrudan da,erməni soyqırımı,Bəs onda kimlər açdıTürkün torpaqlarındaBir bu qədər uçrumu,Bir bu qədər yarğanı,bir bu qədər şırımı?lAmerika hələ ki, yaranıyüngül vurub,Oyunda birincidir,Fransa lap gül vurublMaya qoyub, xərc veribbu daşnaq yuvasına,Avropa dövlətləriGecə-gündüz oynayırerməni havasına.
Söhbətin sərt yerindəbir azca yumşalıram,Bir kövrək, bir yaralıxatirəyə dalıram.Bayatı oxuyuram, ingilisə bayatı,Dörd misranın içindənGüzgü kimi boylanırVətənimin taleyi, millətimin həyatı.
“Ay amandı,Xalların nə yamandı.Namərd mərdə güc gəlir,Qoymayın, ay amandı”.
Tərcüməçim yetişirelə bu vaxt dadıma,Qoşulur bayatıdanQızıl qantək fışqıranahıma, fəryadıma.Hər sözdə bir təravət,hər cümlədə bir ətir,Azərbaycan dilindəningilisə çevrilir sözbəsöz,sətir-sətir.Senator hər fikirləyaxından maraqlanır,Dəftər kimi yazılır,kitabtək varaqlanır.Diqqət ilə baxıram rənginə, baxışınaTutur bizi dalbadal suallar yağışına.Sual dalınca sual,cavab dalınca cavab,Hər sualda bir ağrı,hər cavabda bir əzab.
ök ok ök
Amerika dövlətilÇin ölkəsi deyilsən,söz qoşam gözəlinə,İran deyilsən, səniBürüyəm başdan-başaSədinin hikmətinə,Hafizin qəzəlinə.Qədim Misir deyilsən,Ehramların önündəUcalam, qədimləşəm,mən də bir ehram olam.Şərq gözəli deyilsən,Gözəlliyin önündəəriyəm, bir şam olam.Sən Tac-Mahal deyilsən,heyran olam tacına,Baxdıqca gözüm doladaşına, ocağına.Sən İstanbul deyilsən,Ən qədim muzeylərinƏn qədim tarixlərə dura meydan oxuya.Ulu Məkkə deyilsən,Hər qarışın, addımınPeyğəmbər təravəti,Quran ətri qoxuya.Sənin bir sovqatın var,azadlıq ölkəsisənlƏdalətin beşiyi,azadlığın səsisənlNemətlərin içindəən böyük nemət olan,Çoxlarını gözlədən,azına qismət olan,Allahı qanun olan,qanunu Allah olan,Ədalətə sərkərdə,azadlığa şah olanƏn böyük bir məmləkət,ən ali bir ölkəsənlMənim fikrimə meydan,Mənim hökmümə dərman,sən verəsən, bəlkə, səniMən nə pula, nə qazanca,nə sərvətə gəlmişəm,Ədalət istəyirəm,ədalətə gəlmişəmlArxalı köpəklərinzəncirini dart bir az,Bir azca nəfəs dərim,yüngülləşsin dərd bir az.Eşitmişik, görmüşükQonşular arasındasöz olar, savaş olar,Bir artıq-əskik düşər,bir dava-dalaş olar.Ağsaqqal ayırd edər,Kimin sözü düz çıxar,kiminki çaş-baş olar.Heç yerdə görməmişikQonaq gəlib deyə ki,evin sahibi mənəm,Buludların son qatı,dəryanın dibi mənəm.Dünyanın heç yerindəbir bu qədər şər olmaz.Yox, belə insan olmaz,yox, belə bəşər olmaz.İddiası başından,bəlkə, min dəfə yekə,Erməni xəstəliyiTək mənim üçün deyil,Sabah sənin üçün dəən böyük bir təhlükəlVaxt çatıb, AmerikalAyır yaxşıdan pisi,Arxasında durmasanHeç bir iş görə bilməznə erməni barmağı,nə erməni lobbisil
ök ok ök
Hörmətli konqresmenlBuyur, bu mən, bu da sən,dinlə məni ürəkdənlO konqres deyilmi,Düz on il bundan əvvələl-qolumu bağlayan?Salıb məni hasara,sağ-solumu bağlayan?O konqres deyilmi,Ədalətin adıylaxəyanətə yol verən?Öpüb cinayətkarı,cinayətə yol verən?Yaxşımı pisə yozub,düzümü tərs oxuyan?İnsan haqları haqdadünyaya dərs oxuyan?Konqres bilməliydi,Oğru kimdi, doğru kim,İşğalçı, talançı kim,Fitnəkar, yalançı kim.Konqres bilməliydi,İrəvan hansı gündədönüb Yerevan olub.Bu yer dünənə qədərKimlərin məskəniydi,kimlərə meydan olub.Unutdu bir millətintarixi şərəfini,Saxladı fitnəkarın,Bircə ilin içindəİki yüz kənd yandıran daşnakın tərəfini.Konqres bilməliydi, həmişə mənim olmuş,yurdum, vətənim olmuşErmənistan adlananbugünkü məmləkətdəAzərbaycanla bağlınə iz qalıb, nə ləpir.Bu gün bütün dünyayadaşnaklar qırğın salıb,nifaq toxumu səpir.Konqres bilməliydi,qara nədir, ağ nədir,Bakı harda yerləşir,Dağlıq Qarabağ nədir.Nədir Şuşa yanğısı,nədir Xocalı dərdi,Konqres bilməliydi,Osventsim kədərindən,Buhenvald harayındanXocalı faciəsidaha beşdi-betərdi.Düz yüz əlli ildi ki,Qurana, Məhəmmədə,bütöv İslama qarşı,İstanbuldan başlamışHələbə, Şama qarşı,Türk oğlu türkə qarşı,Ankaraya, Bakıya,Təbrizə, Ərkə qarşı,Azərbaycana qarşı,Azərbaycanla bağlıbütün cahana qarşıKimlər, nələr birləşib,Neçə böhtan övladı,şər oğlu şər birləşib.Hörmətli konqresmenlAzərbaycan başa-başod içində yananda,dəniztək çalxanandaQırılan ümidlərin,daranan qəfəslərin,Tüstülərin içindəboğulan nəfəslərin,Halal haqqı yeyilmişhaqq bağıran kəslərin,Ahların, harayların,nalələrin, səslərin,Ata-ana deyilənruhu müqəddəslərin,Faciəli taleyi qulağına çatdımı?Qulağına çatan səsTükünü tərpətdimi,Ruhunu oynatdımı?Silah kimin silahı,əllər kimin əliydi?Xocalı soyqırımı kimlərin əməliydi,Heç vardınmı fərqinə?Bu bəla hardan gəlir,Boylandınmı ölkənin şimalına, şərqinə?Dostunla düşmənini seçməyi bilmədinsə,Mənim üçün səninlə qaniçən ermənininfərqi nədi, fərqi nə?Qanunlara ad verib,adını qoyursunuz“Ədalətin təməli”,Biz necə başa düşəksizin tərəfinizdənBaşımıza açılanƏsassız imtahanı,ədalətsiz əməli?
ək ək ökAmerikalXəyalımda gərdiş edib,ürəyimdə bir az gəzsən,Yəqin, mənim sözlərimdən inciməzsən.Biz qalmışıqNeçə məkr, neçə hiylə,neçə oyun arasında,Biz qalmışıqqurdla qoyun arasında.Biz qalmışıqodla suyun arasında.Suya doğru qayıdırıq,su yandırır,Oda doğru yeriyirik,od yandırır,Kəlbəcərə, Cəbrayıla əlim çatmır,Odu sönmüş ocaqlarıorda bu gün yad yandırır.Anasının bətnindəcəÖlüb getmiş uşaq olduBMT-nin qətnaməsi.Arxivlərdə çürüməkçünBir saralmış varaq olduBMT-nin qətnaməsi.Azərbaycan xalqı üçünYaxşıca bir sınaq olduBMT-nin qətnaməsi.Azərbaycan su yoluna dönüb daha,Diplomatlar axın-axın.Mənim ağır dərdləriməKimi uzaq, kimi yaxın.Ütülənmiş təkliflərihəddən aşır,Qovluqları kağızlarladolub, daşır,İçinin bir faydası yox,mayası yox,Diplomatın haqq mövqeyi,erməninin həyası yox.Bu oyunlar, oyunbazlarHər gün bizi qana çəkir, AmerikalRusun fikri, farsın fikri,Fransada bir tərs oğlu tərsin fikriBalıq-xərçəng oyunutəkTaleyimi qoyub hərrac bazarına,Hərəsi bir yana çəkir, AmerikalYer üzündən silmək üçünalçaqlığı, rəzaləti,Kəsmək üçün faciəni,qovmaq üçün fəlakəti,Bütün dünya səndən umurdüzgünlüyü, ədalətilCənab katibl BMT-nin baş katibi,Ruhu incə, qəlbi kövrək,özü həssasBir millətin sözlərinəlap yaxından, gəl, qulaq as.BMT-nin binasınaboylanırsan, papaq düşür,Görkəmində bir kəsir yox,bir qalıq yox,Duruşunda bir heyrətli ucalıq var,Əməlində, işindəsə ucalıq yoxlLap gözünün önündədir,Bayraqların cərgəsindəbaxmısanmı bayrağıma?Bircə dəfə gəlmisənmiqan çilənmiş torpağıma?Səndən əvvəl gələnlər dəçadırları görüb, gedib,Çadırlardan çıxmaq üçünşirin vədlər verib, gedib.Daha, yağlı yalanlara inanmırıqlİnanmırıq iki yana baxanlara,İki yana baxa-baxaevimizi yıxanlaralİnam ölməz işıqlı birümid olsa,Nahaq haqqı zorlayandainam ölür.Ağ yalanlar bir şah kimitaxta çıxıb,Şər işləri korlayandainam ölür.Böyük-böyük dövlətlərinbaxışlarıKiçikləri xorlayandainam ölür.İnam öldü, insan öldü —fərqi yoxdur,İnam öldü, vicdan öldü —fərqi yoxdur.İnam ölməz, arxalansanhəqiqətəlİnam ölməz, meydan versəncəsarətəlİnam ölməz, qənim olsanxəyanətəl
ök ok öc
Amerikal Eşit mənilİçərimi eşir bu dərd.Ürəyimi tikan kimi deşir bu dərd.Axşam-sabah yemək üçünQazanımda xörək kimiyanır bu dərd, bişir bu dərd.Əgər sən də yetişməsən imdadıma,Yetişməsən harayıma, fəryadıma,Sülh sözünü arxivlərə ataq gərəklSülh sözünü ocaqlaraçataq gərəklHaqqımızı almaq üçünYeri-göyü bir-birinəqataq gərəklSəkkiz milyon əsgər kimisəngərlərdə yataq gərəklMənim bircə silahım var,Ümid ancaq haqq adlanansilahadı.Ümid ancaq yer üzününqeyrətinə,Ümid ancaq göy üzündə Allahadı,Şərin yolu qaranlıq birmağaraya,Haqqın yolu işıqlı birsabahadı.Bircə qarış torpağınıəldən verməz AzərbaycanlO, şirindi, o, əzizdi, o, bahadılÜrəyimin Şuşa adlıbir dağılmış sarayı var,Qulağımda bir Daşaltıharayı var.Əldən gedib Ağbabanınoylaqları,Əldən gedib Zəngəzurunyaylaqları.Əldən gedib Basarkeçər,Zəngibasar,Düşmən ilə danışığagetməz bu xalq,Barışığa daha çətinqulaq asar.Tanrı mənə Əhriməniqonşu verdi,Allah mənə qara baxdı,AmerikalBu gün mənim əqidəm də,inamım da,Bu gün mənim əsərim də,ilhamım da,Bu gün mənim ölümüm də,həyatım da,QarabağdılQarabağdılQarabağdılAmerikal
ök ök ök
Düz əlli min əsgəriniitirmisən Vyetnamda,Mövqeyini, səngəriniitirmisən Vyetnamda,Sən bilirsən güllələrin dimdiyindəZəhərlənmiş bulud nədir,AmerikalSən bilirsən qara parça, qara taxta,tabut nədir, AmerikalSən bilirsən nə deməkdisurğuclanmış dəmir qutu,Allah özü poza bilmirqəbirdəki daş sükutu.Vaşinqton, Parlamentinlap yanındaBu şəhərin ən geniş birmeydanındaUstaların əlləriyləDaş işlənib, daş qazılıb,Qara mərmər lövhələrədüz əlli min ad yazılıb.Bir Allaha şikayəti,insanlara gileyi var,Hər imzanın arxasındabir əsgərin taleyi var.Hər gələnin ürəyindəağrı gəlir, acı gəlir,Qan-qan deyən cəbhələrəOğul vermiş ana gəlir,qardaş vermiş bacı gəlir.Sükut edib, ayağınısaxlayanlar gördüm burda,Hönkür-hönkürağlayanlar gördüm burda,Gör, aradan neçə-neçəillər keçib, AmerikalGöz yaşından çaylar axıb,sellər keçib, AmerikalBaxdım, yenə gözlərdəkiyaş qurumur, AmerikalYaralanmış ürəklərdənqəm tökülür,Kədərlənmiş baxışlardannəm tökülür,Yaş qurumur,yaş qurumur,AmerikalYaşıl çəmən, qara mərmər,qızıl yazı,Bu lövhəyə baxdıqca mənHərbə qarşı baş qaldırırürəyimin etirazı.İstəmirik silahlarınson hökmünü, qərarını,İstəmirik biz savaşantəkrarını.Yaşamaqçün yaranmışdıryer üzünün hər insanı,İstəmirik kimsəninbircə damla axsın qanı.Ermənistan orda-burdaaxtarmasın dayağını,Çəksin mənim torpağımdanbirdəfəlik ayağını.Günahkardı, qoy, bizi dəbatırmasın günahlara,Güvənməsin Rusiyadanpay aldığı silahlaralGüvənməsin yardımlarınmilyonuna, manatına,Güvənməsin FransanınsenatınalHara gedib çıxasıdıyalanları sata-sata,Güvənməsin Nyu-Yorkdaapardığı təbliğatalTürk şeirinin şah beytinisaldım yada,Tofiq Fikrət çatdı dada:“Zülmün topu, tüfəngi var,tələsi varsa,Haqqın da bükülməz dizi,dönməz üzü vardırl”Yalanla.......... qırx gün çəkəraxırı,Yeddi dəfə qalayla,üzə çıxar paxırı.Oyunbazlar nə qədərsırtıqlaşır, sırtılır,Bir o qədər açılır,maskaları yırtılır.Yalan bu qədər olmazlTalan bu qədər olmazlYalanı, fırıldağıSatan bu qədər olmaz,Alan bu qədər olmazlDərdimizlə baş-başaçox dolandım dünyanı,Eşitməyən, bilməyən,eşitmək istəməyən,Azərbaycan dərdinəbiganələr də gördüm.Dərdi görəndə qaçanAğciyər fərarilər,divanələr də gördüm.Özünü bizdən ötrüoda yaxıb yandıran,Azərbaycan dərdinəpərvanələr də gördüm.Qürbət ölkədə beləölümündən qorxmayan,Mərdlər, kişilər, ərlər,mərdanələr də gördüm.Erməni yalanlarıqanqal kimi bitsə də,Mənim həqiqətlərimYavaş-yavaş göyərir,bitir çiçəklər kimi.Dünya ayılır daha,Yalanları tanıyırşeytan hiyləsi kimi,Gerçəkləri tanıyırəsl gerçəklər kimi.Xəyanətin min üzü,min sifəti olsa da,Həqiqət təmiz olurgöydə mələklər kimi.
ök ok ök
Allah mənə bir balaca vətən verib,Elə bil ki, Allah deyil,Kimsə onuelə yoldan ötən verib.Ona minnət, buna minnət,Ona rüşvət, buna sərvət,Biri gəlir yaralayır,Biri gəlir paralayır.Biri gəlir,üstümüzdən qələm çəkib qaralayır.Biri gəlir,özümüzü özümüzdən eləməyə,Biri gəlir,canımızı gözümüzdən eləməyə.Biri gəlir, eli eldən ayrı salıb,dağı düzdən eləməyəlBöyüklərin dərdi xırda,kiçiklərin dərdi yekə,Bölünmüşük parça-parça,bölük-bölük, tikə-tikə.Bölünməzdik, böldürdülər,Gözlərimiz baxa-baxadiri-diri öldürdülər.Çaş-baş salıb bayramları,Toyumuzda ağlatdılar,yasımızda güldürdülər.Yaxınlardan çox “yarıdıq”,İndi bizə uzaqlardanqanun gəlir, qayda gəlir,Bu qanundan, bu qaydadan,Guya bizə xeyir gəlir,guya bizə fayda gəlir.Başlamışıq oynamağaQərb adlanan bir aləmintapşırığı, nazı ilə.Barışmışıq qismət ilə,qədər ilə, yazı ilə.Unuduruq ruhumuzu,itiririk kökümüzü,İtiririk dağdan ağırçəkimizi.Ölkələrin geyindiyidəblər bizə bir dəb olur.Həyasızlıq abır-bəya,ədəbsizlik ədəb olur.Unuduruq əslimizi,çürüdürük kökümüzü,Başdan gedir papağımız,heç tərpətmir tükümüzü.Belə getsə, bizdən sonra gələnlərinNə ruhunda od qalacaq,nə dilində bayatı.
İstəmirəm, istəmirəmÖzgələrə yamaq olan,Ögeylərə calaq olan,Əqidəsi şikəst olan,Kişiliyi çolaq olan,Yaşıl-yaşıl çəmənindəQanqal olan, alaq olanBir vərdişi, bir həyatı.Belə getsə, əriyəcək zərrə-zərrə,Birdən-birə yox olacaqQoca Şərqin muğamatı.Özgələşib yada dönsəm,Yad ağzında dada dönsəm,Özgələrin ocağını isitməkçünKözə dönsəm, oda dönsəm,Bir quruca çöpə dəyməz,Mənə versən kainatılTutduğunu tutammaram,Etdiyini edəmmərəm, AmerikalSənin yolun başqa yoldu,Mən o yolla gedəmmərəm, AmerikalYarı arvad, yarı kişi,Yarı erkək, yarı dişiolanlardan qorxuram mən.Əsl insan gözəlliyi yalan olsa,Ruhumuza hücum çəkəntalanlardan qorxuram mən.Küçələrdə çılpaq gəzməkazadlığı,Baxıb-baxıb, buna dözməkazadlığı,Kişilərin qadın kimi geyinməyi,Qadınların çılpaqlıqla öyünməyi,Oğlanların burnundakı halqa, dəmir,Çirkinlikdən hər şey deyir,Gözəllikdən, məhəbbətdən,zəriflikdən, təravətdənHeç nə demir,Heç nə demir, AmerikalAzadlığın axşamüstüküçələrdə dolub-daşan itlərdisə,Azadlığın it ilə qol-boyun olanTəpə-dırnaq lütlərdisə,Mədəniyyət əgər busa,Onda gərək birdəfəlikgöz bağlana, könül susa.Mədəniyyət mənim üçünabrımızdı, həyamızdılRuhdan gələn adətimiz,kökdən gələn mayamızdılBütün nemətlərin başıİnsanlığın bünövrəsi,ailənin özül daşıƏsl insan məhəbbətiQəlbimizdə işığımız,kökümüzdə ziyamızdılBu yazılmış qanunlardanÇox-çox əvvəl qanunlaşanYasımızdı, toyumuzdulOdumuzdu, suyumuzdulPalıd kimi məğrur olan qamətimiz,Çinar kimi uca duran boyumuzdu.Babalardan nəvələrəZərrə qədər ləyaqəti itirməyənkökümüzdü, soyumuzdu.Səndən gələn azadlığı istəmirəm.Bu azadlıq millətiməgərək deyil, AmerikalBu azadlıq Millətimin ismətinəgərək deyil, AmerikalMən uydumsa bu dəblərə,Mən uydumsa bu mətləbsizmətləblərə,Demək, onda köksümdəkiQara daşdır, ürək deyil, AmerikalYox, mən belə mədəniyyət istəmirəm,Çılpaq arzu, çılpaq niyyət istəmirəm.Qanunların işindədi saat kimi,Bax, mən səndən o saatı istəyirəm.Gecə-gündüz qaynayırsan həyat kimi,Bax, mən səndən o həyatı istəyirəmlHər şey axır bu ölkədə:İşıq axır, fikir axır, beyin axır,Ağıl sənin sürətindən yeyin axır.Axır gəmi, axır maşın, axır qatar,Bu axına qarşı gedən qüvvə varmı?Buna kimin gücü çatar?lBax, mən səndən bar gətirən, var gətirən,Axşam-sabah aşıb-daşan,Səmalarla qucaqlaşan,Amazonka, Missisipi çaylarıtəkNərə çəkən axınları istəyirəmlMənə uzaq olanları istəmirəm,Ruhu mənə yaxınları istəyirəmlHardan tapdıq bu cazibə qüvvəsini?Hardan aldıq yer üzündə birincilik həvəsini?Möcüzədir bir bu qədər gediş-gəliş,Möcüzədir bu tərəqqi, bu yüksəliş.İtirməli nəyin varsa itirərəm,Götürməli nəyin varsa götürərəm.Gördüklərim hər nə varsa,bir heyrətdir, heyrət mənə.Möcüzənin, tərəqqinin, yüksəlişin,Öz dili var, sən o diliöyrət mənəlO dənizi, o dəryanı, o sahiliöyrət mənəlƏzəmətin heyran qoyur adamları,Sehr kimi ürəklərə axmağın var.Vətəndaşı vətən qədər uca tutub,Əsgərinə Allah kimi baxmağın var.Ölüsünə, dirisinə hörmət qoyan,Hər kəsə öz gücü qədər qiymət qoyan,Ədalətin səngərisənlTarix boyu yenilməyəno səngəri istəyirəmlO duruşu, ucalığı,o ləngəri istəyirəmlGördüklərim bir tərəfə,Sevdiklərim hər nə varsa,ver aparım sovqat kimi.Mən də keçim sən keçdiyino yolları,Basım səni öz bağrıma,susmayan bir həyat kimil
ök ək ök
Alt qatını görmək üçünillər gərək,Amerika, üst qatınıgörə bildik.Yüz illərlə formalaşanbir ölkədəBeş-on günlük həyatınıgörə bildik.Halal elə bir şairingüzarını,Seyr elədik neçə-neçəgülzarını.
Gülzarında cənnətinigörə bildik.Cənnətində sərvətinigörə bildik.Çəmənlərdə çiçəklərinçələngini,Meşələrdə ocaqlarınnəhəngini,Yollarında genişliyinheyrətini,Varlığında var olmağınqüdrətini,Şəhərində abadlığıgörə bildik.İnsanında azadlığıgörə bildik.Həm yoxsulu, həm zənginigörə bildik.Hər şeyin var, heç bir şeydənkorluğun yox,Heç bir şeydən çətinliyin,zorluğun yox.Dükanların dolub daşırağzınacan,Sənin üçün dərdə dərmandərdi yoxdur.Bərəkətdə, duz-çörəkdəqıtlığın yox,Hərəkətdə küçə, meydandərdin yoxdur.Özün üçün azad dünyayaratmısan,Paxıl qonşu, şərlə böhtandərdin yoxdur.Aclığın yox, ac olanaağlayasan,Taxıl dərdin, kotan-xırmandərdin yoxdur.Qarabağ nə, Fələstin nə,Kəşmir nədir,Bir cahansan, sənin cahandərdin yoxdur.Bu gün səndə Ermənistanqayğısı var,Bu gün səndə Azərbaycandərdi yoxdur.Mənim dərdim yerə-göyə çətin sığal“Sən yanmasan,mən yanmasam,biz yanmasaq,necə çıxar qaranlıqlar aydınlığa?”Yollardayam, qaranlıqdanaydınlığa çıxmaq üçün,Yollardayam, öz haqqımınəllərini sıxmaq üçün.Hara getsə əvvəl-axırhaqqındı yer, AmerikalDağa-daşa salma məni,haqqımı ver, AmerikalMən heç kəsin qapısını döyməmişəm,Gərək qapım döyülməsin, AmerikalMən heç kəsin qismətini yeməmişəm,Gərək haqqım yeyilməsin, AmerikalƏdaləti tərəzidə elə çək ki,Şərə doğru əyilməsin, Amerikal
ök ök ök
Hər gün sənin dəvətinləminlər gəlir, minlər gedir,Milyonlardan biri kimimən də gəlib-gedəcəyəm.
Boşaldıram ürəyiminnə ki, ağrı-acısı var,Öz dərdimi, sevincimisənlə bölüb gedəcəyəm.Məndən sonra varaqlanarmən yazdığım xatirələr,Hərənin bir can borcu var,mən də ölüb gedəcəyəm.Baxdığım göy, gəzdiyim yer,çıxdığım dağ,Dəli dalğa, çılğın dəniz,odlu torpaq,Söykəndiyim xınalı daş,güvəndiyim məğrur ağac,Çəmənlərin xalısındamin rəng alan əriş-arğac,Adı baha, özü ucuzİçdiyim su, daddığım duz,Halallıq ver qonağınalGözəl ömür, şirin həyat,yağın olsun, balın olsun,Qollarınla quc dünyanı,dürlü-dürlü halın olsun.Allah verib, bəndə görüb,hər nə var halalın olsun,Halallıq ver qonağınalRuhum duyan, qəlbim sevən,gözüm görən hər nə varsa,Gördüyündən nə götürüb,duyduğundan nə aparsa,Halallıq ver qonağınalBu yollarda yeridiyimhər addıma, hər qarışa,Bu səfərdə keçirdiyimhər xoş ana halallıq ver.
Doğan günə, batan Aya,axan suya, əsən yelə,Boylandığım al səhərə,nurlu dana halallıq ver.Sevdi-seçdi, gördü-duydu,nə kar gəldi, nə lal getdi,Ürəyində dərd gətirdi,gözlərində məlal getdi.Məmləkətdən məmləkətəhalal gəldi, halal getdi,Bir qonaq da Zəlimxandı,Zəlimxana halallıq verl
2001, iyun-iyul,Vaşinqton-San-Fransisko-Nyu-York-Bakı.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tani-meni-amerika
Use ← → keys to move, R for a random poem
More by this author
Sahibə xanıma*Dünən yaz günüydük, səhər mehiydik,
Nəvəm TuranaEvdən ayrılanda beş-on günlüyə,Məni bir cazibə evə çəkərmiş.
Nəvələr şəhərdi, babalar qalaMənim gözüm nuru, könlüm işığı,Sənin doğulduğun şəhərdəyəm mən.
Turanın şeirini Turanda yazdımNəvəm babasından şeir istədi,Onu ən müqəddəs bir anda yazdım.
Poems by other poets
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
Qoyun yuyulmaBol fəsəli yağlandı,Süfrələrə bağlandı.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı
Bu gecə yuxumda Arazı gördümBu gecə yuxumda Arazı gördüm,Arazı belə tox görməmişdim heç.