Tökülər
Şimşək çaxıb, sel gələndəQaya uçar, daş tökülər.Göy dolanda yağış yağar,Göz dolanda yaş tökülər.
Sevinər yad, gülər naşı,Mənə sarı atma daşı.Çatılar bəxtimin qaşı,Üzüyümdən qaş tökülər.
1978, 11 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tokuler
Use ← → keys to move, R for a random poem