Qaldı
Qışı gəldi təbiətin,Daha meydan qara qaldı.Qaralmamış buludmu var,Ağarmamış hara qaldı.
Səhər durub baxdım yerə,Ağ geyindi birdən-birə.Nə yaşıldan bir xatirə,Nə qırmızı, qara qaldı.
Yerin, göyün sərtdir üzü,Şaxta vurdu dağı, düzü.Kim isidər ömrümüzü,Ümid ancaq yara qaldı.
Gileylənmə bu ayazda,Əriyəcək qar da, buz da.Yazla bizim aramızdaÜçcə aylıq ara qaldı.
1978, 12 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qaldi-8
Use ← → keys to move, R for a random poem
More by this author
“Ölən dünyam” romanını göz yaşları içində*birnəfəsə oxudum. Sarsıldım. Bu əsəri yazana kimi*
Əmrah dayıQışın oğlan vaxtı bir hava çaldın,Açıldı könlümdə yaz, Əmrah dayı.
Aşıq Kamandara məktubAğrını, azarı qoyma yaxına,Durma, usta tərpən, usta Kamandar.
ÖldürürBu şeir Ağdaş rayonunda, böyük şairimiz*Maqsud Şeyxzadənin anadan olmasının 85 illik*
Poems by other poets
Yenə fitnə alıb meydan,Müftinlər sürür dövran.
Alçalar daima bağrında çəkilməz acılarAlçalar daima bağrında çəkilməz acılarDar günündə ulusun daima şənlənmişlər.
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbərApardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
Qız, sənin qoynun içindəNarınc, turunc durur qoşa,Qız, səinin qoyiun içində.