Ətəyində çiçək dəribZirvəsinə vurulmasan,Sularından içən zamanÇeşmə kimi durulmasan,Enişində asta enib,Yoxuşunda yorulmasan,Nə bilərsən bu dağlarınNəğməsi nə, şeiri nədir?

Qayaların sinəsindəŞimşəklərin möhrünə bax.Gündə yeddi rəngə düşən,Buludların sehrinə bax.Şah palıdın torpaq iləÜlfətinə, mehrinə bax.Ürək duyar, ilham bilər,Təbiətin seyri nədir!

Bağlamasan öz könlünü,Ən müqəddəs diləklərə.İşıq olub, nura dönübSüzülməsən ürəklərə,Ötən ömrü, keçən günüYem eləsən küləklərə,Min il yaşa bu dünyada,Dünya üçün xeyri nədir?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring