Ağdam ölkəşünaslıq muzeyininəməkdaşı Xatirə xanıma həsr edirəm

Gur ocaqdan götürüb,Köz baxışı, köz əli.Səni nurdan yaradıbTəbiətin öz əli.Gözəlliyə qovuşdumAy Qarabağ gözəli,Sən şeir oxuyanda.

Titrəyən dodaqların,Od içində yanırdı.Nəfəsini duyanlarYaz mehini anırdı.Könlümüz işıqlanır,Ömrümüz uzanırdıSən şeir oxuyanda.

Qəlbimizin havasıGah zil, gah da bəm oldu.Sevinc qanad açanda,Qəmin ömrü kəm oldu.Məryəm Əsliyə döndü,Mahmudum Kərəm oldu,Sən şeir oxuyanda.

Hər tərəfdən Cabbarın,Seyidin səsi gəldi.Qəlbimə dəniz eşqi,Bulaq həvəsi gəldi.Məclisə çəmən ətri,Çiçək nəfəsi gəldi,Sən şeir oxuyanda.

Buz olsa əriyərdi,Daş olsa dil açardı.Bütün yallar, yamaclar,Qış olsa, gül açardı.Dinməz qayalar beləSənə könül açardı,Sən şeir oxuyanda.

Nəğməyə döndərərdinBu torpağı, bu yurdu.Daş ürəklilər beləSənət nədir, duyurdu.Bir ahəngə can verib,Yerlə göy oxuyurdu,Sən şeir oxuyanda.

Kimdi belə alışan,Fikri kim, meyli kimdir.Bu dili bayatılı,Dodağı neyli kimdir.Məcnun gəlsin bu yerəGörsün ki, Leyli kimdir,Sən şeir oxuyanda!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets