Yarıb çıxıb cövhərindən, canından,Dodağında istilənən sətirlər.Bir az oddu, bir az közdü, bir az qor,Yanğı üstə bəstələnən sətirlər.

Gödək ömrü qəlbin qəmi yandırır,Dərdin çoxu, bəxtin kəmi yandırır.Gah dəftəri, gah qələmi yandırır,Varaq-varaq dəstələnən sətirlər.

Keçib gedir baharımdan, qışımdan,Keçib gedir taleyimdən, yaşımdan.Duman kimi qalxır mənim başımdan,İçərimdə tüstülənən sətirlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate