Yaxşı adam yola çıxdı,Yerişindən yol sevindi.Dağa-daşa nəzər saldı,Meşə güldü, kol sevindi.Yön çevirdi səhralara,Çəmən, çayır, çöl sevindi.Yaman adam yola çıxdı,Onu gördü bağ iyrəndi.Bostanı gəzdi-dolandı,Ayağından tağ iyrəndi.Əl gəzdirdi budaqlarda,Əlindən yarpaq iyrəndi.Dedi: Çıxım zirvələrə,Arzusundan dağ iyrəndi.Yaxşıların söhbətindənQəlbin gülər, üzün gülər,Ürəyinə nur süzülər.Yamanların hər sözündənQaş çatılar, üz bürüşər.Can alışar, dodaq yanar,Ürəklərə ağrı düşər.Yamanlara vermir aman,Yaxşını yaşadır zaman!

1968, 4 sentyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring