Kədəri, həsrəti bəzən bir anlıq,Bəzən də həftəlik, aylıq görübdür.Qəlbi kövrələndə, gözü dolandaİnsan əllərində yaylıq görübdür.

Dumanı dağıdan küləyə bənzər,Nisgilli gözlərin silər nəmini.Dünyanın dərdini yüngülləşdirər,Silər ürəklərin dərdi-qəmini.

Bir qarış parçatək baxmayın ona,Yağışda islanmış düz kimi baxın.Yaylıq gözümüzün qayğıkeşidir,Gözü qoruyana göz kimi baxın.

1972, 13 avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets