Necə vurulmayım bu cəhcəhlərə,Dünya, mən baharam, mən yazam, — deyir.Hər süzülən sünbül, hər açan çiçək,Mən ərkəm, sevgiyəm, mən nazam, — deyir.

Heyranlıq yaradan, heyran qalan var,Gözəllik önündə seyrə dalan var.Nə ki yer üzündə qanad çalan var,Şahinəm, Şonqaram, Şahbazam, — deyir.

Allahın eşqiylə çağlayır bulaq,Tanrı duasıyla tərpənir dodaq.Kökünün üstünə əyilən budaq,Torpağa qılınan namazam, — deyir.

Ucalır zilinə, enir pəsinə,Haqq əli toxunur hər pərdəsinə.Zəlimxan səs verir haqqın səsinə,Mən taram, kamanam, mən sazam, — deyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love