Zəlzələ
Ürəyi istəsə, tərpədər atını,Titrədər torpağın ən dərin qatını.Vüqarlı dağların endirər başını,Gizlədər qoynunda tarixin yaşını.Odlanar ən ağır dərdinin ahında,Köksünü dərindən ötürən zəlzələ.Qəzəbi tutanda silkələr dünyanı,Aləmi çiynində götürən zəlzələ.Enəndə dərədir, qalxanda dağ olar,Torpağın qəlbində sağalmaz dağ olar,Ünvanı, imzanı itirən zəlzələ.Haqqı var öyünə, yaşada adını,Kəpəzi göylərin fövqünə qaldırıb,Göygölü dünyaya gətirən zəlzələ.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-zelzele-3
Use ← → keys to move, R for a random poem
More by this author
Kədəri, həsrəti bəzən bir anlıq,Bəzən də həftəlik, aylıq görübdür.
Deyirəm, bu dünya sevənlər üçünDeyirəm, bu dünya sevənlər üçünNecə mehribandı,
İnsan darıxandaİnsan darıxanda həmdəm axtarır,Ona lazım olan hava, su kimi.
Yetimlik dünyada yaman bəladıYetimlik dünyada yaman bəladı,Ölən ölüb gedər, sağ yetim qalar.