Ziyarət
Beş-altı ay keçir gələndən bəri,Ələsgər nökərdi Kəblə Qurbana.Axıb süzüldükcə alnının təri,Qəmli duyğuları od salır cana.
Ağanın nökəri olsa nə vardı,Gözəlin quluydu burda Ələsgər!Baxışlar ağlını alıb apardı,Bağlandı düşdüyü yurda Ələsgər!
Kərəmin, Qəribin keçdiyi yollar,Onu da yetirib haqladı burda.
Düşdüyü xəyallar, seçdiyi yollarTutdu yaxasını, saxladı burda.
Ancaq nə Kərəmtək zirvələr aşdı,Nə də Qərib kimi düşdü qürbətə.Bir elin içində qaynadı, daşdı,Saz tutdu, söz qoşdu bu məhəbbətə!
Ümidsiz Məcnuna döndü az qala,Hərdən güc gələndə eşqin ataşı.Nə kəndə sığışdı, nə də mahala,Tufanlı ürəyi, sevdalı başı!
Buta verilmədi ona yuxuda,Kiminsə əlindən badə içmədi.Yollarda dərd yeyib, qəm uda-udaÖlkədən ölkəyə gəlib-keçmədi.
Gözəllik həyatda qəlbi, canıydı,Haqlıydı hədəfi seçən Ələsgər!Badəni dolduran Səhnəbanıydı,Başına qaldırıb içən, Ələsgər!
Fürsət axtardılar, məqam gəzdilər,Bir kəlmə söz üçün, ya söhbət üçün.Olsaydı, utanıb çəkinməzdilər,Dünya xəlq olunub məhəbbət üçün.
Elə ki, yetişdi görüş anları,Dumanlı fikirlər durular orda.Başlanar ürəyin həyəcanları,Xəyaldan saraylar qurular orda.
Arzular quş olub gəzsə aləmi,Ayrılıq, intizar, dərd düşməz yada.
Gözləməz həsrəti, gözləməz qəmi,Sevinci gözləyər hər kəs dünyada.
Bəxti sel aparar, sevdanı külək,Gözləri duymasa göz məqamında.Nə bir iş yaranar, nə də bir dilək,Əgər deyilməsə söz məqamında.
Heç səbir çatarmı həftəyə, aya,Anı, dəqiqəni sayan var, Allah!Dözümü dağa ver, səbri dəryaya,Qəlbini nisgillər oyan var, Allah!
Danışan Qurbandı, səs gəlir evdən:Ay arvad, gəl gedək dost məclisinə.Çoxdandı bir toyda oynamıram mən,Gərək gözüm doya, könlüm isinə.
Dostumdu, oğluna çaldırır toyu,Gedir bəy evinə kənd adamları.Biz ki, toy görmədik ömrümüz boyu,Özgə toylarında görünək barı.
Tapşırıq verildi, tədbir görüldü,Çıxdı evlərindən ər ilə arvad.Cavan Ələsgərin gözləri güldü,Belə təsadüfə kim olmazdı şad!
– Salam, Səhnəbanı, xoş gördük səni, –Həvəslə, ürəklə dindi Ələsgər.Süzdü ağ sinəni, bəyaz gərdəni,Nökər yox, ağaydı indi Ələsgər!
Atan toy evindən gələni kimi,Bizim imkanımız, fürsətimiz var.
– Yox, yox, ay Ələsgər, ölənə kimi,Bizim sözümüz var, söhbətimiz var!
Bu söz qanad verdi qul Ələsgərə,Sözü sinəsindən süzüldü gəldi.Nə kitaba sığdı, nə də dəftərə,Muncuqtək saplara düzüldü gəldi.
Gözü bayırdadır, qulağı səsdə,Vüsal alışdırdı qəlbin közünü.Ələsgər “Kərəmi” havası üstəGörək necə dedi ürək sözünü.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ziyaret
Use ← → keys to move, R for a random poem
More by this author
Dərman da çoxalırdərd çoxalanda,
Üç şərtAta babam Şamil kişi deyərdi ki, üç şərtə görə nəvələrimin içindəhamıdan çox Zəlimxanı sevirəm: o yeyəndə doymur, işləyəndə yorul-
Heç kəs demədi ki...Allahın bir bədbəxtbəndəsi vardı,
Mənə bircə nəfər adam göstərinSalam, ağ kəfənim, qara tabutum,Qara ağsız olmaz, ağ da qarasız.
Poems by other poets
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Üç girdin arçan odunu, divar sobası və yuxuQalan bir az kül,bir də hərarəti 5 dərəcə qalxmış
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
YaxşıdırQüdrətən sən bir məclisə varanda,Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.