Qara dənizə sözüm var...
Sənsiz nə gündüzüm var,Nə də ki, gecəm mənim,Qara dəniz!Yalnız səndə cəm olubFikrim, düşüncəm mənim,Qara dəniz!Xəzərimə qardaş ol,Ürəyimə sirdaş ol,Qara dəniz!Günəş olub axşamlarQoy sinəndə batım mən,Ulduz olub gecələrDalğalarda yatım mən,Qara dəniz!Durna olub səhərlərQoy üstündə süzüm mən,Sona olub daimaSularında üzüm mən,Qara dəniz!Şair sözü düz gərək...Dinlə mənim sözümü;Qocalsam da hələ varÜrəyimin dözümü;Aclıq qılınc çəkəndə,Gün olub ki, səhərdənQəndə,Duza,ÇörəyəNövbəyə durmuşam mən...Amma heç vaxt, heç yerdəSədaqətə, dostluğaMən növbəyə durmadım,Özgənin qismətinəMən əlimi vurmadım,Qara dəniz!Ömrümdə göz dikmədimBir kəsin sərvətinə.Mən paxıllıq etmədimDostumun şöhrətinə,Qara dəniz!Şair olmaq ağırdır,Bunu indi bilmişəm,Heyran olub hüsnünəSahilinə gəlmişəm,
Qara dəniz!Qayaları titrədənTufanını ver mənə,İldırımlar oynayanDumanını ver mənə,Qara dəniz!İnsanların qaynağıLimanını ver mənə,Qara dəniz!Sakit duruşundakıQüvvətini ver mənə,Dalğalarda gördüyümCürətini ver mənə,Qara dəniz!Bu tükənmək bilməyənDövlətini ver mənə,Qara dəniz!Dərdlərə dərman olanHikmətini ver mənə,Qara dəniz!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-qara-denize-sozum-var
Use ← → keys to move, R for a random poem
More by this author
Anadan olmasının 50 illiyi münasibətilə*Dedim şeir yazım ona...
2. Ölüm haqqında söhbətVəfatı münasibətilə*– Öldürdü lap bu dərd bizi,
3. Şairin səsiGözəl yay günü... Günəş yavaş-yavaş dağların dalına çəkilir. Mən qayıqla gölü o tərəfə keçərək meşədə asta addımlarla gəzir, bəzən günəylərə çıxıb çiyələk yığıram, bəzən də qoca bir kötüyün üstündə oturub xəyala gedirəm.Elə bu vaxt mis sifətli, uzun ağ saçları çiyinlərinə tökülmüş bir adamın mənə tərəf gəldiyini gördüm.
4. Qəbrin üstə düşdü ilk qar...Bu gün səhər narın-narınQəbrin üstə töküldü qar.
Poems by other poets
دید در باغ یکی ماده الاغ
Bir nigari-novbaharın gül camalın istərəmBir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
ƏyyaşRuzgar… çovqun, qar, ətraf əsim-əsim əsmədə,Başlar köküsdə… lakin soqaqda bir qaraltı
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür