Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaramMəni vətənimdən qıldın avarəAxır eldən elə satdın ağlaram

Gündən günə kini ziyad eylədinTaxt-bəxtimi yıxdın bərbad eylədinMüddəini həmişə şad eylədinMənə çox cəfalar etdin ağlaram

Sənə nə eləmişdim ey çərxi-qəddarMən cavanı qıldın əsiri-giriftarSəni nə saətdə çağırdı əğyarFil-hal fəryadına yetdin ağlaram

Şərbət yerinə mənə içirdin ağıQövm-qardaş təmam oldular yağıYusif kimi oldum zindan tutsağıYəqubam Kənana atdın ağlaram

Çağırıram səni qadir AllahıMiskin Ağasının ümidgahıEy padşahların padşahıBəxtimin gününü tutdun ağlaram

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · Fələk və tale