Cəm oldu bu cəmdə nuri-ərənlər,Agah idi xətti-xalı qabaqda.Pirim aşkar etdi şah məkanını,Kaş olaydım mən də halı qabaqda.

Yahu-yahu deyib haqqa uydular,Yaman hu... dedilər təam qoydular.Cümlə məxluq loxma ilə doydular,Məcməyilər dolu qaldı qabaqda.

Müstəcəbdi sovma-səlat səbatdan,Kəsirimiz qalmaz xümsü-zəkatdan.Alı xof eyləməz püli-sibatdan,Cənab Əmir şölə salı qabaqda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri