AŞIQ ALIMin rəhmət söylərəm kamil ustada,Ərz etdi dərsimi düzünə yazdım.Köçməsin ünvansız türfə gözəllər,Vəsfini mehparə üzünə yazdım.

AŞIQ HÜMBƏTMə nim də us ta da min rəh mə tim var,Be lə eşit mi şəm, be lə də yaz dım,Ömür bo yu gö zəl düş mür di lim dən,Gö rən də bir qa ra te lə də yaz dım.

AŞIQ ALIKökü safsa, bəhrə verər əsl dən,Bir şeyxi xürrəməm pakı nəsildən.Zaman keçər, xəta umma əsildən,Təmənnasız nəğmə yüzünə yazdım.

AŞIQ HÜMBƏTUsta da ağ olan üz dən qa ra dı,Ellər özü el əh li ni ara dı.Aşıq odu el işi nə ya ra dı,Elə eşit miş dim, elə də yaz dım.

AŞIQ ALIƏhval tutdu Alı asman zəmindən,Kanar qaçdım xilqət əqli kəmindən.Məğrurlar dönəndə mətləb cəmindən,Yüz cavab hər kəlmə sözünə yazdım.

AŞIQ HÜMBƏTMən Hüm bə təm, qəm li aşıq ya ran dım,El ara sı döv ran edəm, var an dım.Nə əf sa nə, nə də ar sız do lan dım,Eldə gör dü yü mü elə də yaz dım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən