Ay sevənim, sev məniDünya bekara dünyadı.Ona uyub küsmə məndənGəlməyən kara dünyadı.

Bilməzsən dostdu-düşməndi,Xəyalı tez dəyişəndi,Qəfildən üzü dönəndi,Etməyən çara dünyadı.

Bərkdə-boşda yox hünəri,Verdiyini alar geri,Bilal kimi aşıqlarıYandıran nara dünyadı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri