Mən gedirəm, halallaşaqGözləginən, yar, yolları.Küsülüsən, gəl barışaq,Açgınan qulac qolları.

Bu səfərim Dağıstandı,Bir yanı Təkə türkmandı.Gəlməyimə çox gümandı,Dəyişdirmə xəyallları.

Gəzərəm Şəki Şirvanı,Altı ay verrəm vaxtı tanı.Musanın qaşı kamanı,Eyləməyən fəqanları.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri