Gəldi
Şura el-obanı beybec elədi,Naxış adamların zamanı gəldi.Oynadı göylərdə qara buludlar,Namərdliyin sisi-dumanı gəldi.
Dağıldı yığnaqlar, yoxdu çal-çağır,İt-qurdla doludu daha yol-cığır.Yenə qamı acdı binəsib fağır,Meydana şeytanın yamanı gəldi.
Müsəlman olanlar batıbdı yasa,Dəyişdi, pozuldu əvvəlki yasa.İndilər kefçəkir bayquş, yarasa,Eşşəyin qanqalı, sanwnı gəldi.
Bəy bəylikdən düşdü, gic mindi ata,Hakimlik elədi şər camaata.O gözəgörünməz getdi inada,Türklərin tanrıya gümanı gəldi.
Nahaq başa keçib, haqq ayaqdadır,Köpək evə girib, donuz bağdadı.Nəsib, damağında xoş günün dadı,Qəm elə, urusun İvanı gəldi.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-nesib-geldi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Fabrikləri, insanları, daş-torpağı qapqara,“Çornı-Qorod” adlı şəhrin fabrikində çalışan,
Yavaş-yavaşBağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,