Bir gəlinin gözlərinin,Yağışı öldürdü məni.Baxışından çiçək yağır,Baxışı öldürdü məni.

Bir naxışlı corab gətdi,Özü bir mərd qızı mərddi,Gözəlliyi əlamətdi,Alxışı öldürdü məni.

Nəsib tez durdu ayağa,Gördü məclisdə bəy,ağa,Corabı geydim ayağa,Naxışı öldürdü məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar