Nə Dedi
Seyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dediOl şah tellimdən xəbər gətirdinYusif Kənana dedin nə dedi
Bülbül olan uçar qonar gülşənəAt oxun bu sinəmdi nişanəƏyyub kimi cismim oldu şan-şanəHakim Loğmana dedin nə dedi
Aslan nə müddətdir çıxmaz güzarəFələk pirəhənin geydirib qarəQəm məni gətirdi hicrkədə zarəCan alan Tərlana dedin nə dedi
Kitabxana.az · https://kitabxana.az/works/aslan-el-sairi-1-ne-dedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir