Bu sevda oddur müşkülBəhəqqi surəi-İncilNəcə səbr eyləsin dursunGüldən ayrılan bülbül

Düşüb Məcnun səhrayaKönül bağlandı MövlayaBaxarmı əhli dünyayaGüldən ayrılan bülbül

Tutub dilbər Xütən müşkinGörüb məst oldu min miskinTökər baran kimi əşkinGüldən ayrılan bülbül

Fəğan eylər bu biçarəNəcə səbr eyləsin naraYetişsin huri kirdaraGüldən ayrılan bülbül

Sənin bimar könlündənGəl etmə zar könlündənKeçirmə yar könlündənGüldən ayrılan bülbül

Bu bülbül sübh ü şam ağlarGirib əfğan təmam ağlarGecə gündüz müdam ağlarGüldən ayrılan bülbül

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri